Yeni Azərbaycan Partiyasının hədəfləri müasir və çoxşaxəli, amalı isə dəyişilməzdir
Müstəqilliyinin ilk illərində olmazın böhran və problemlərlə üzləşən Azərbaycan xalqı nicat yolunu Ulu Öndər Heydər Əliyevin ətrafında birləşməkdə gördü. Xalqın ziyalı təbəqəsinin müaricəti əsasında Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası qısa zaman ərzində əsl birlik nümunəsinə çevrildi. Yarandığı gündən dəfələrlə xalqın etimadını doğruldan Yeni Azərbaycan Partiyası ümumxalq partiyası adını qazandı. Artıq 30 ilə yaxındır ki, Yeni Azərbaycan Partiyası xalqın xidmətindədir. Partiyanın ən əsas amalı da məhz budur. Yeni Azərbaycan Partiyası yeniliklərə açıq bir siyasi təşkilat olduğu və zamanın tələbləri ilə ayaqlaşdığı üçün Vətən müharibəsində əldə etdiyimiz parlaq Zəfərin yaratmış olduğu yeni reallıqların fonunda özünün VII Qurultayını keçirdi. Qurultayda yeni Nizamanamənin qəbul edilməsi, partiya sədri cənab İlham Əliyev tərəfindən İdarə Heyətinə yeni Proqramın hazırlanması tapşırığının verilməsi müasir günümüzün əsas tələblərindən irəli gəlirdi. Yeni Azərbaycan Partiyasının əvvəlki Nizamnamə və Proqramı artıq həyatda öz təcəssümünü tapmışdı. Gələcək inkişaf və tərəqqi naminə yeni Nizamanamə və Proqramın qəbul edilməsi zərurtəi meydana çıxmışdı. Partiyanın yeni Nizamnaməsinin qəbul edilməsi nəticəsində bir çox yeniliklərə imza atıldı. Yeni struktur və kadr islahatları həyata keçirildi ki, bu da partiyanın təkmilləşdirilməsinə gətirib çıxardı.
VII Qurultayda Mehriban xanım Əliyevanın sədrin birinci müavini seçilməsi isə Yeni Azərbaycan Partiyasının həyatında əlamətdar tarixi hadisə oldu. Mehriban xanım Əliyeva özünün məhsuldar ictimai-siyasi fəaliyyəti ilə ümumxalq sevgisi qazanmış siyasətçidir. Mehriban xanımın zəngin siyasi təcrübəsindən istifadə isə Yeni Azərbaycan Partiyasının gələcək inkişafı üçün çox vacib idi. Yeni Azərbaycan Partiyasının yeni Proqramı siyasi münasibətlərin bütün strateji fəaliyyət istiqamətlərini özündə əhatə edir. Müstəqil Azərbaycan dövlətinin gələcək tərəqqisi naminə Yeni Azərbaycan Partiyasının görəcəyi bütün işlər yeni proqramda öz əksini tapdığı üçün yeni Proqramı partiyanın Yol xəritəsi də hesab etmək olar. Partiyanın hədəfləri müasir və çoxşaxəli, amalı isə xalqa xidmətdir. Hədəflər yenilənib, amal isə dəyişilməz qalır. VII Qurultaydan ötən bir illik zaman ərzində çox işlər görülüb və görülməkdədir. Partiyada yeni struktur olan Veteranlar Şurasının təsis edilməsi isə tarixə, keçmişə, böyüklərə olan xüsusi diqqət və qayğıdan irəli gəlir. Eyni zamanda Veteranlar Şuarası partiyanın Gənclər Birliyində birləşən gənclərin siyasi baxımdan maarifləndirilməsi üçün mühüm əhəmiyyətə malik bir strurktur kimi formalaşamaqdadır.
Ölkəmizin yüksək intellektli, vətənpərvər gəncləri bu gün məhz Yeni Azərbaycan Partiyasının sıralarında birləşirlər. Vətən müharibəsində cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və qətiyyətli siyasət nəticəsində qazandığımız qələbə gənclərdə Yeni Azərbaycan Partiyasına daha böyük maraq yaratmış və gənclər kütləvi qaydada partiya üzv olmaq üçün müraciətlər etməyə başlamışlar. Partiyaya gənclərin marağının yüksək olması, eyni zamanda həyata keçirilən islahatlar Ulu Öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır” məşhur deyimini bir daha xatırlamağa əsas verir.
Anar Şahmuradov
Yeni Azərbaycan Partiyasının məsul əməkdaşı