YAP üzvləri Suraxanı rayonunda ictimai-siyasi proseslərdə fəal iştirak edirlər  

YAP üzvləri Suraxanı rayonunda ictimai-siyasi proseslərdə fəal iştirak edirlər  

YAP Suraxanı rayon təşkilatının Qaraçuxur qəsəbəsi Cəlal Qurbanov küçəsi 44 ( Nazim Rəfiyev adına 104 nömrəli tam orta məktəb) ünvanında yerləşən ərazi partiya təşkilatında yerli təşkilatın sədri Vüqar Seyidovun və yerli təşkilatın məsul əməkdaşlarının iştirakı ilə görüş keçirilmişdir. 

ƏPT sədri Kərəm Mehdiyev YAP üzvlərini salamlayaraq iclası açıq elan etdikdən sonra təmsil olunduqları məktəbin ümumi fəaliyyəti, təhsil sahəsində son illər ərzində aparılan islahatlar, müəllimlərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan, əldə olunan uğurlar və nailiyyətlər haqqında ətraflı məlumat verdi. 

ƏPT sədr müavini Sülhəddin Allahverdiyev çıxış edərək ƏPT-də ideoloji işin gücləndirilməsi və səmərəliliyin artırılması ilə əlaqədar olaraq tədbirlər planı və iş planına müvafiq olaraq görülmüş işlər haqqında məlumat verdi. Sülhəddin Allahverdiyev yerli təşkilatın təlimatlarının icrası, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat-uçot işlərinin operativ və səmərəli aparılması, ideoloji işin məqsədyönlü qurulması ilə bağlı geniş məlumat verdi.

ƏPT-nin fəal üzvü Bünyamin Süleymanov öz çıxışında Azərbaycan cəmiyyətində baş verən hadisələrə, ictimai-siyasi proseslərə öz münasibətlərini bildirərək müntəzəm olaraq ölkəmizin inkişafı və uğurları barədə KİV-lərdə və sosial şəbəkələrdə aktivliyin təmin olunması və çıxışların edilməsi, müxtəlif mövzularda fikir mübadiləsinin aparılması ilə bağlı görülən iş haqqında məlumat verdi.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov YAP üzvləri qarşısında çıxış edərək demişdir ki, Qaraçuxur qəsəbəsi Cəlal Qurbanov küçəsi 44 (Nazim Rəfiyev adına 104 nömrəli tam orta məktəb) ünvanında yerləşən ərazi partiya təşkilatında fəaliyyət göstərən YAP üzvləri öz aktivliyi, nümunəvi davranışları və vətənpərvər mövqeyləri ilə fərqlənməyi bacarmışlar.

Yerli təşkilatın sədri son günlər regionda və dünyada baş verən hadisələrə öz münasibətini bildirərək demişdir ki, Prezident, YAP-ın sədri cənab İlham Əliyevin tarixi xidmətləri ölkəmizi zirvələrə qaldırıb və onun uzaqgörən, müdrik siyasəti nəticəsində sülh şəraitində yaşayır və inkişaf edirik. Vüqar Seyidov onu da xüsusi vurğulamışdır ki, hər bir YAP öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirməlidir.

Yerli təşkilatının sədri eyni zamanda YAP Suraxanı rayon təşkilatının fəallarının dövrü mətbuatda və sosial şəbəkələrdə aktivliklərinin artırılması, təbliğat işinin gücləndirilməsi, ƏPT-lərdə üzvlərin, xüsusilə gənclərin fəallıqlarının artırılması, onların keçirilən tədbirlərdə iştiraklarının təmin olunması barədə ətraflı çıxış edərək öz tapşırıq və tövsiyyələrini görüş iştirakçılarının diqqətinə çatdırdı.

Daha sonra YAP üzvlərini maraqlandıran suallar cavablandırılmışdır.