Yunis Əsgərli
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı RİHB-nın Əmircan QİƏD üzrə nümayəndəsinin müavini
Yeni Azərbaycan Partiyası günümüzdə cəmiyyətdə bütün proseslərin mərkəzində olan ciddi siyasi gücdür. İqtidarda olduğu dövrün ən şanlı qələbələrindən olan torpaqlarımızın işğaldan azad olunması, Qarabağın dirçəlişi və Böyük qayıdış prosesinin başlaması, eləcə də milli birliyin gücləndirilməsinə milli iqtisadi inkişaf modelinin formalaşdırılması YAP-ı analoqu olmayan partiyaya çevirir.
Şərəfli və zəfərlərlə dolu yol keçən Yeni Azərbaycan Partiyası ətrafında minlərlə insanı birləşdirir. Özünəməxsus dəst-xətti, fəaliyyət strategiyası olan Azərbaycan xalqının partiyasıdır. Dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı Partiyanın düşüncələrinə, mövqeyinə rəğbət duyur, sevir və hörmət edir. Ümummilli Liderin “Ömrümün bundan sonrakı hissəsini də yalnız və yalnız Azərbaycanın müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm” ifadəsi onun, partiyasının şərəfli fəaliyyətinin göstəricisi olan ən gözəl və təsirli ifadələrdəndir.
Yeni Azərbaycan Partiyasının Ulu Öndər Heydər Əliyevin siyasi məktəbini davam etdirərək bu gün ölkə tarixinə ən böyük uğurlar qazandıran Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında möhtəşəm nailiyyətlər əldə etdi və etməkdədir.
Yeni Azərbaycan Partiyasının sistemli fəaliyyəti, öz liderinə sadiqliyi, Azərbaycan xalqının verdiyi dəstək yarandığı gündən inkişafı şərtləndirən əsas amillərdir. Bu illər ərzində Azərbaycan sürətlə inkişaf edib və dünyada etibarlı tərəfdaşa çevrilib. Bu uğurlar bütün sahələri əhatə edir. Beynəlxalq arenada qazanılan nailiyyətlər, daxili və xarici siyasətdə milli dəyərlərin qorunması ilə aparılan balanslı siyasət, iqtisadi islahatlat sayəsində ölkəmiz gələcəyə sağlam və möhkəm addımlarla irəliləyir.
Qarabağ Zəfəri ilə tarixdə iz qoyan Ali Baş Komandan İlham Əliyevin gənclərə xitabən işlətdiyi “Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdır. Gənclər, mən sizə inanıram, güvənirəm” ifadəsi Azərbaycan gəncləri, partiyamızın gənc üzvləri üçün qürur qaynağı və yol xəritəsidir.
Biz gənclər də Ali rəhbərliyimiz tərəfindən göstərilən inam və etimadı doğrultmaq, zəfərlərlə dolu Partiyamızın adını daim yüksəltmək, milli dəyərlərini hər şeydən üstün tutmaq üçün əlimizdən gələni etməliyik və edəcəyik.