YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatlarında seçki iclasları keçirilir

YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatlarında seçki iclasları keçirilir

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Hövsan qəsəbəsi Oqtay Şabanov küçəsi 21 ünvanında  yerləşən ərazi  partiya  təşkilatında yerli təşkilatın sədr müavini Salman Əbdülovun iştirakı ilə iclas keçirilmişdir. İclasın sədri Könül Hümbətova YAP üzvlərini salamlayaraq iclası açıq elan etdikdən sonra bildirmişdir ki, bugünkü iclasın gündəliyində bir məsələ - ƏPT-nin sədr müavininin seçilməsi məsələsi nəzərdə tutulmuşdur. Könül Hümbətova Qasımova Yazilənin uzun illər YAP-da təcrübəsini və ƏPT-də səmərəli fəaliyyətini nəzərə alaraq onun ƏPT-nin sədr müavini kimi namizədliyini irəli sürdü. ƏPT-də təmsil olunan üzvlərin səsverməsi nəticəsində Qasımova Yazilə sədr müavini seçilmişdir.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək bildirmişdir ki, Hövsan qəsəbəsi Oqtay Şabanov küçəsi 21 ünvanında yerləşən ərazi partiya təşkilatında partiya işinin təşkili qənaətbəxşdir. Bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçot qeydiyyatlarının operativliyi, dəqiqliyi diqqət mərkəzində saxlanılmalıdır.

Sonda ƏPT üzvləri tərəfindən verilən suallar cavablandırılmış və YAP-a daxil olan bir qrup partiya üzvünə vəsiqələr təqdim olunmuşdur.