YAP Suraxanı rayon təşkilatının Əmircan qəsəbəsi Elxan Həsənov 52 ünvanında yerləşən ƏPT-da sədr seçkisi keçirilmişdir

YAP Suraxanı rayon təşkilatının Əmircan qəsəbəsi Elxan Həsənov 52 ünvanında yerləşən ƏPT-da sədr seçkisi keçirilmişdir
YAP Suraxanı rayon təşkilatının Əmircan qəsəbəsi Elxan Həsənov küçəsi 52 ünvanında yerləşən ərazi partiya təşkilatında (ƏPT) yerli təşkilatın sədr müavini Salman Əbdülov və əməkdaşı Dilarə Əzizovanın iştirakı ilə görüş keçirilmişdir. İclasın sədri Rəna Nəsibzadə iclası açıq elan etdikdən sonra ƏPT-də ideoloji işin gücləndirilməsi və səmərəliliyin artırılması ilə əlaqədar olaraq görülmüş işlər haqqında məlumat vermişdir. O, yerli təşkilat tərəfindən verilən tapşırıqlara hər zaman operativ reaksiya verildiyini və bu işdə ƏPT-də təmsil olunan YAP üzvlərinin ona dəstəyini xüsusi vurğulamışdır.  Daha sonra Rəna Nəsibzadə bugünkü iclasın gündəliyində bir məsələ - ƏPT-nin sədrinin seçilməsinin nəzərdə tutulduğunu iclas iştirakçılarının diqqətinə çatdırdı.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov iclas iştirakçılarını salamlayaraq onlara Ulu Öndər Heydər Əliyev siyasi irsinin öyrənilməsi, onun dövlətçilik ənənələrinin təbliği, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin fəaliyyətinin əhaliyə operativ, düzgün və əhatəli formada çatdırılmasının vacibliyini qeyd etmişdir. O, çıxışında ölkəmizdə baş verən bütün əlamətdar hadisələrdə YAP üzvlərinin yaxından iştirakının və bu proseslərə onların töhvələr verməsinin əhəmiyyəti haqqında məlumat vermişdir.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının əməkdaşı Dilarə Əzizova öz çıxışında YAP üzvlərinin uçot işinin təkmilləşdirilməsində yerli təşkilata daim kömək göstərilməli olduğunu iclas iştirakçılarının nəzərinə çatdırdı. YAP Suraxanı rayon təşkilatının fəallarının sosial şəbəkələrdə aktivliyinin artırılması, onların keçirilən tədbirlərdə iştiraklarının təmin olunmasının vacibliyi barədə çıxış edərək yerli təşkilatın tapşırıq və tövsiyyələrini görüş iştirakçılarının diqqətinə çatdırdı.

YAP Suraxanı rayon təşkilatının Əmircan qəsəbəsi Elxan Həsənov küçəsi 52 ünvanında yerləşən ərazi partiya təşkilatının fəalı, Natəvan Həsənova çıxış edərək ƏPT sədrliyinə Nəsibzadə Rəna Vaqif qızının namizədliyini irəli sürmüşdür. Daha sonra ƏPT-nin üzvləri arasında sədr seçkisi keçirildi. Səsvermə yolu ilə Rəna Nəsibzadə yekdilliklə ərazi partiya təşkilatının sədri seçilmişdir.

Yeni seçilmiş ƏPT-nin sədri Rəna Nəsibzadə çıxış edərək ona etimad göstərib, seçən bütün üzvlərə öz dərin minnətdarlığını ifadə etmişdir. Rəna Nəsibzadə bildirdi ki, Yeni Azərbaycan Partiyası (YAP) ötən illərdə böyük inkişaf yolu keçib. Partiyanın yaranma tarixinə nəzər salsaq görərik ki, Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə təsis edilib. Azərbaycanın taleyini düşünən insanlar zamanında düzgün qərar qəbul edərək ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyev şəxsiyyəti ətrafında birləşdilər

Sonda ƏPT-nin üzvlərini maraqlandıran suallar cavablandırılmışdır.