YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhidlərin şəhadətinin ildönümü mərasimlərində iştirak edirlər
5 oktyabr 2021-ci il tarixdə YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid kiçik çavuş (MAHHXHQ) İsmayılov Sərdar Səlvər oğlunun şəhadətinin ildönümü münasibəti ilə təşkil olunmuş anım mərasimində iştirak etmişlər. Öncə şəhid İsmayılov Sərdarın Suraxanı rayon Yeni Suraxanı qəsəbəsi Şəhidlər Xiyabanındakı əbədi istirahətgahı rayon təşkilatının nümayəndələri tərəfindən ziyarət edilmiş, məzarı üzərinə güllər düzülmüş və dualar oxunmuşdur. Daha sonra YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi sakini, Vətən Müharibəsi şəhidi şəhid kiçik çavuş (MAHHXHQ) İsmayılov Sərdar Səlvər oğlunun anım mərasimində ailənin qayğıları ilə maraqlanmışlar. Görüş zamanı şəhidlərimizə olan hörmət və ehtiramını bildirən Vüqar Seyidov demişdir ki, bütün şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Dövlət başçımızın şəhid ailələrinin sosial qayğılarına göstərdiyi böyük diqqət bizlər üçün də nümunə təşkil edir. Tək təsəllimiz şəhidlərin qanlarının yerdə qalmaması və torpaqlarımızın işğaldan azad olunmasıdır. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidimizin əziz xatirəsini bir daha yad edərək şəhidimizə Allahdan rəhmət diləmişdir.
Qeyd edək ki, şəhid Kiçik çavuş (MAHHXHQ) İsmayılov Sərdar Səlvər oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.