YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid İsayev Toğrulun doğum günündə ailəsini ziyarət etmişlər
25 dekabr 2021 – ci il tarixində Vətən Müharibəsi şəhidi əsgər (MAHHXHQ) İsayev Toğrul Natiq oğlunun doğum günüdür. Şəhidimizin doğum günü münasibəti ilə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının nümayəndələri Salman Əbdülov və Ənvər Haqverdiyev ailəsini ziyarət etmiş, ailənin qayğıları ilə maraqlanmışlar.
Şəhidin ad günündə qəhrəman vətən övladlarına və onların ailələrinə qayğı göstərməyə cəmiyyətimizin daima borclu olduğunu ifadə edən YAP Suraxanı rayon təşkilatının nümayəndəsi Salman Əbdülov cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən bütün şəhidlərimiz kimi İsayev Toğrulun da xatirəsinin əziz tutulduğunu vurğulamışdır. Daha sonra Salman Əbdülov təşkilatın çoxminli üzvləri adından şəhidin ailəsinə “Anım lövhəsi” təqdim etmişdir.
YAP-ın yerli təşkilatının nümayəndəsi Ənvər Haqverdiyev xüsusi qeyd etmişdir ki, Ali rəhbərliyin Vətən Müharibəsi şəhidlərinə olan diqqəti hər kəs üçün nümunədir. Hər bir Azərbaycan vətəndaşı həssas təbəqəyə mənsub insanlara qayğı göstərməli və onları diqqət mərkəzində saxlamalıdır.
Qeyd edək ki, şəhid əsgər (MAHHXHQ) İsayev Toğrul Natiq oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.