YAP Suraxanı rayon Təşkilatının bir qrup fəal üzvü Şəhid Nazim Kirxlarovun doğum günü ilə əlaqədar onun ailəsini ziyarət etmişdir

YAP Suraxanı rayon Təşkilatının bir qrup fəal üzvü Şəhid Nazim Kirxlarovun doğum günü ilə əlaqədar onun ailəsini ziyarət etmişdir

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın fəaları Əmircan qəsəbəsi sakini, Vətən Müharibəsi şəhidi əsgər  (MAHHXHQ) Kirxlarov Nazim Nadir oğlunun ailəsini  doğum günü ilə əlaqədar ziyarət etmiş, ailənin qayğıları ilə maraqlanmışlar.

Şəhidlərimizə olan dərin hörmət və ehtiramını bildirən yerli təşkilatın sədri Vüqar Seyidov demişdir ki, bütün şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Görüş zamanı Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun gücünün, qüdrətinin sayəsində işğaldan azad edilmiş torpaqlarımızda bu gün müqəddəs üçrəngli bayrağımızın dalğalanması naminə düşmən qarşısında bütün çətinliklərə sinə gərən əsgər və zabitlərimizin, hərbçilərimizin misilsiz şücaətlərinin gələcək nəsillər üçün örnək olduğu vurğulanmışdır. 

Qeyd edək ki, şəhid əsgər (MAHHXHQ)  Kirxlarov Nazim Nadir oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə  “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə,  Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.