YAP Suraxanı rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları uğurla həyata keçirilir
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Əmircan qəsəbəsi İlqar Məmmədov küçəsi 1 ünvanında yerləşən ərazi partiya təşkilatında YAP Suraxanı rayon təşkilatının nümayəndəsi Ənvər Haqverdiyevin iştirakı ilə hesabat-seçki yığıncağı keçirilmişdir. Öncə ƏPT-də yaradılmış Vətən Müharibəsinə həsr olunmuş guşəyə baxış keçirilmişdir.
Vətən Müharibəsi şəhidlərinin və Ulu Öndər Heydər Əliyevin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra, yığıncağı giriş sözü ilə açan ərazi partiya təşkilatında sədr müavini Nağıyeva Mehriban Həsən qızı yığıncaq iştirakçılarını salamlamış, YAP-ın VI qurutltayından bu günə qədər görülmüş işlər haqqında hesabat xarakterli məruzə ilə çıxış etmişdir. Daha sonra hesabat məruzəsi ətrafında müzakirələr aparılmış, çıxışlar edilmişdir. Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının İlqar Məmmədov küçəsi 1 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri və sədr müavininin seçilməsi məsələsi müzakirə edilərək qərar qəbul edilmişdir. ƏPT-nın üzvlərinin səs verməsi nəticəsində sədr Əlixanbəyov Azər Talıb oğlu, sədr müavini Nağıyeva Mehriban Həsən qızı seçilmişlər. ƏPT-nın iclası ilə bağlı protokol tərtib edilmişdir.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının nümayəndəsi Ənvər Haqverdiyev çıxış edərək bildirmişdir ki, YAP ən çətin anda xalqın Ulu Öndər Heydər Əliyevdən təkidli xahişi nəticəsində yaranmışdır. Bu gün əldə etdiyimiz qələbə və hərtərəfli inkişaf tendensiyası sübut edir ki, Azərbaycan xalqı 1992-ci ildə YAP-ı yaratmaqla və cəmi 6 ay sonra onun sədri dünya şöhrətli siyasətçi Heydər Əliyevi hakimiyyətə dəvət etməklə əslində öz gələcəyini sığortalamışdır. Ənvər Haqverdiyev YAP-ın sədri cənab İlham Əliyevin yaratdığı regional reallıqların sülh və əməkdaşlıq vəd etdiyini xüsusi vurğulamışdır.
Sonda YAP Suraxanı rayon təşkilatının nümayəndəsi Ənvər Haqverdiyev qeyd etmişdir ki, Əmircan qəsəbəsi İlqar Məmmədov küçəsi 1 ünvanında yerləşən ərazi partiya təşkilatının işini qənaətbəxş hesab etmək olar. YAP Suraxanı rayon təşkilatının nümayəndəsi gələcəkdə həyata keçiriləcək partiya fəaliyyəti, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat və uçotun səmərəli aparılması və ideoloji işin məqsədyönlü qurulması ilə bağlı öz tövsiyyələrini vermişdir.