YAP Suraxanı rayon təşkilatı və “Birlik” ictimai birliyi tərəfindən bir qrup aztəminatlı ailənin övladlarına nahar təşkil olunub

YAP Suraxanı rayon təşkilatı və “Birlik” ictimai birliyi tərəfindən bir qrup aztəminatlı ailənin övladlarına nahar təşkil olunub

13.09.2025–ci il tarixdə uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi ilə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı, “Birlik” ictimai birliyi və "Gazelle Cafe" -nin birgə təşkilatçılığı ilə Suraxanı rayon sakinləri olan bir qrup aztəminatlı ailənin övladlarına 15 sentyabr- "Bilik Günü" münasibəti ilə nahar təşkil olunub.

Uşaqlar və yeniyetmələr "Gazelle Cafe"- də onlar üçün hazırlanmış nahara dəvət olunmuş və onlara hədiyyələr təqdim edilmişdir.