YAP Suraxanı rayon təşkilatı Novruz Bayramı ilə əlaqədar Şəhid məzarlarının ətrafında təmizlik və abadlıq işlər aparmışdır

YAP Suraxanı rayon təşkilatı Novruz Bayramı ilə əlaqədar Şəhid məzarlarının ətrafında təmizlik və abadlıq işlər aparmışdır

19 mart 2022-ci il tarixdə Novruz Bayramı münasibəti ilə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının nümayəndələri və könüllü gənclərdən təşkil olunmuş işçi qrupu Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi Şəhidlər Xiyabanında Şəhid məzarların ətrafında təmizlik və abadlıq işləri aparmışlar. Könüllü gənclər məzar daşlarını silmiş, məzarların üstündə asılmış bayraqları, sinə daşlarına düzülmüş gülləri səliqə ilə düzəltmiş və ətrafını təmizləmişlər.

Allah bütün şəhidlərmizə rəhmət eləsin!