YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid əsgər Qasımzadə Tahirin doğum günündə ailəsini ziyarət etmişlər
31 oktyabr Vətən Müharibəsi şəhidi əsgər Qasımzadə Tahir Sərdar oğlunun doğum günüdür. Şəhidimizin doğum günü əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Milli Məclisin deputatı Etibar Əliyev və digər rəsmi şəxslər ailəsini ziyarət etmiş, ailənin qayğıları ilə maraqlanmışlar.
Şəhidlərimizə olan hörmət və ehtiramını bildirən RİH başçısı Əziz Əzizov dövlətimizin Şəhid ailələrinə tükənməyən qayğısından bəhs edərək gənc yaşda vətən uğrunda şəhid olmuş Tahirin ailəsinə təsəlli vermiş, Vətənimizə belə gərəkli övlad yetişdirdiyi üçün bir daha təşəkkür etmişdir.
Şəhidin ad günündə qəhrəman vətən övladlarına və onların ailələrinə qayğı göstərməyə cəmiyyətimizin daima borclu ifadə edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən bütün şəhidlərimiz kimi Qasımzadə Tahirin də xatirəsinin əziz tutulduğunu vurğulamışdır. Yerli təşkilatın sədri Ali rəhbərin Vətən Müharibəsi şəhidlərinə olan diqqətinin hər kəsə nümunə olduğunu bildirdi. Sonra təşkilat sədri YAP Suraxanı rayon təşkilatı adından şəhidin ailəsinə “Anım lövhəsi” təqdim etmişdir.
Qeyd edək ki, şəhid əsgər Qasımzadə Tahir Sərdar oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.