YAP Suraxanı rayon təşkilatının Bülbülə qəsəbəsi İlqar Məmmədov küçəsi 100 ünvanında yerləşən ƏPT-da sədr müavini seçkisi keçirilmişdir

YAP Suraxanı rayon təşkilatının Bülbülə qəsəbəsi İlqar Məmmədov küçəsi 100 ünvanında yerləşən ƏPT-da sədr müavini seçkisi keçirilmişdir

YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqovanın iştirakı ilə seçki ilə bağlı keçirilmiş ərazi partiya təşkilatının görüşündə, həmçinin 268, 312, 313 saylı körpələr evi və uşaq bağçalarında fəaliyyət göstərən YAP üzvləri iştirak etmişdilər.

İclası giriş sözü ilə açan ƏPT-nin sədri Dürdanə Hüseynova ötən dövr ərzində ƏPT-də görülmüş işlər haqqında ümumi hesabat xarakterli məlumatı iclas iştirakçılarının diqqətinə çatdırdı. Daha sonra ƏPT-nin sədri bugünkü iclasın gündəliyində bir məsələ - ƏPT-nin sədr müavininin seçilməsi məsələsi nəzərdə tutulduğunu diqqətə çatdırdı.

İclasda iştirak edən YAP Suraxan rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova iclas iştirakçılarını salamlayaraq onlara Yeni Azərbaycan Partiyasının tarixi missiyası, müasir müstəqil ölkəmizdəki rolu haqqında ətraflı məlumat verdi. Prezident, YAP-ın sədri cənab İlham Əliyevin ölkəmizdə yürütdüyü siyasətin qarşıya qoyduğu məqsədlərə çatmasında xalqın dəstəyinin, partiya üzvlərinin birlik nümayiş etdirməsinin vacibliyini diqqətə çatdırdı. O, daha sonra ƏPT-də görülən işlərdə səmərəliyin artırılmasının, ideoloji işin güclənməsinin, partiya üzvləri ilə mütəmadi söhbətlər aparılmasının, partiya üzvlərinin sosial şəbəkələrdə fəallığının artırılmasının vacib olduğunu diqqətə çatdırdı. Qarşıdan gələn 29 yanvar 2025-ci il Bələdiyyə seçkilərində hər bir partiya üzvünü fəal olmağa və bu prosesdə aktivlik nümayiş etdirməyə çağırdı.

Daha sonra ƏPT sədr müavini seçkisi keçirildi. Səsvermə yolu ilə Bülbülə qəsəbəsi İlqar Məmmədov küçəsi 100 ünvanında yerləşən ərazi partiya təşkilatına Məmmədova Aygün İntiqam qızı sədr müavini seçildi.

Sonda partiya sıralarına yeni daxil olmuş bir qrup şəxsə YAP vəsiqələri təqdim olundu.