YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatında seçki iclası keçirilmişdir

YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatında seçki iclası keçirilmişdir

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Qaraçuxur qəsəbəsi Cəlal Qurbanov küçəsi 1 ünvanında  yerləşən ərazi  partiya  təşkilatının üzvlərinin iştirakı ilə toplantı keçirilmişdir. YAP üzvləri ilə görüşdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov və məsləhətçisi Ənvər Haqverdiyev iştirak etmişlər.

ƏPT-nin sədr müavini Rəşad Rzayev iclası açıq elan etdikdən sonra Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

Rəşad Rzayev ƏPT-də ideoloji işin gücləndirilməsi və səmərəliliyin artırılması ilə əlaqədar olaraq görülmüş işlər haqqında məlumat vermiş, yerli təşkilat tərəfindən verilən tapşırıqlara hər zaman operativ reaksiya verildiyini və bu işdə ƏPT-də təmsil olunan YAP üzvlərinin ona dəstəyini xüsusi vurğulamışdır.  

Daha sonra Rəşad Rzayev bugünkü iclasın gündəliyində iki məsələ - ƏPT-nin sədrinin və sədr müavininin seçilməsinin nəzərdə tutulduğunu iclas iştirakçılarının diqqətinə çatdırdı. Rəşad Rzayev tərəfindən ƏPT-nin sədri vəzifəsinə İxdiyar Nəcəfovun namizədliyi irəli sürülmüş və səsvermə nəticəsində İxdiyar Nəcəfov sədr seçilmişdir. Yeni seçilmiş ƏPT-nin sədri İxdiyar Nəcəfov YAP-da uzun illər səmərəli fəaliyyətini nəzərə alaraq Yusif İbrahimovun ƏPT-nin sədr müavinliyinə namizədliyini irəli sürmüş və səsvermə nəticəsində Yusif İbrahimov ƏPT-nin sədr müavini seçilmişdir.

Yeni seçilmiş ƏPT-nin sədri  İxdiyar Nəcəfov və sədr müavini Yusif İbrahimov göstərilən etimada görə YAP üzvlərinə öz dərin minnətdarlıqlarını bildirərək, demişr ki, ƏPT-də bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçotunun operativliyi, dəqiqliyi yüksək səviyyədə aparılacaqdır.

YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək ƏPT-nin yeni seçilmiş sədrinə və sədr müavininə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq demişdir ki, bu gün sevindirici bir haldır ki,  ölkəmiz dünya xəritəsində kiçik bir ərazidə yerləşməsinə baxmayaraq uzaqgörən və qətiyyətli Lideri, ərazi bütövlüyünü tam bərpa etmiş  qəhraman ordusu ilə siyasi arenada söz sahibi, böyük nüfuza malik bir ölkədir. Biz bu uğurlarımızı davam etdirmək üçün çalışmalıyıq.

YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev çıxış edərək bələdiyyələrdə ideoloji işin təşkili ilə bağlı bir neçə vacib məqama toxunmuşdur. Ənvər Haqverdiyev bildirmişdir ki, ümumillikdə Qaraçuxur qəsəbəsi Cəlal Qurbanov küçəsi 1 ünvanında yerləşən ərazi partiya təşkilatında partiya işinin təşkili qənaətbəxşdir. Bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçotunun operativliyi, dəqiqliyi diqqət mərkəzində saxlanılmalıdır. 

Daha sonra ƏPT üzvləri tərəfindən verilən suallar cavablandırılmışdır.