YAP Suraxanı rayon təşkilatı Qurban Bayramı münasibətilə 210 aztəminatlı, şəhid və qazi ailələrinə qurban payı təqdim etmişdir
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı bu il Müqəddəs Qurban Bayramı münasibətiylə Suraxanı rayonunda yaşayan 210 aztəminatlı, şəhid və qazi ailəsinə qurban payı təqdim etmişdir. Yerli təşkilatın sədri Vüqar Seyidovun şəxsi təşəbbüsü və göstərişi ilə qurban payları YAP Suraxanı rayon təşkilatının aparatının əməkdaşları və fəal gənclər vasitəsi ilə öncədən vətəndaşlar tərəfindən edilmiş müraciətlər əsasında müəyyən olunmuş ailələrə verilmişdir.
Aztəminatlı, şəhid və qazi ailələri diqqət və qayğı üçün dövlət başçısı, YAP-ın sədri cənab İlham Əliyevə, Birinci-vitse prezident Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.