YAP siyasi palitramızda yeganə təşkilatdır ki, gənclərin inkişafına və özünü təsdiqinə geniş imkanlar yaradır

YAP siyasi palitramızda yeganə təşkilatdır ki, gənclərin inkişafına və özünü təsdiqinə geniş imkanlar yaradır

Vüsal Qasımov

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı Rayonu 318 nömrəli tam məktəbin müəllimi

Cəmiyyətdə böyük nüfuza malik olan Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ilini qeyd etdik. 21 noyabr 1992-ci il ictimai-siyasi və fikir tariximizin ən əlamətdar və unudulmaz təqvimlərindən biridir. Ölkəmizdə ictimai-siyasi sabitliyin gərgin olduğu, anarxiya və hərc-mərcliyin tüğyan etdiyi həmin tarixdə Ulu Öndər Heydər Əliyevin banisi olduğu, xalqın inandığı və güvəndiyi bir siyasi təşkilat - Yeni Azərbaycan Partiyası yarandı. Bununla da müstəqil dövlətimizin memarı, Ümummilli Liderimiz Heydər Əliyev yeni partiyanın təməlini qoydu və Yeni Azərbaycan Partiyası zamanın tələbindən yarandı. Elə bir zamanın ki, bu zaman hər şeyi diktə etməyə qadirdir. Yenicə müstəqillik qazanan, ancaq səriştəsiz rəhbərlərin girdaba sürüklədiyi Azərbaycanda bu partiya xalqın yeganə ümid yeri oldu, dövlətçiliyin keşiyində dayanan siyasi qüvvəyə çevrildi.

Dünənin, bugünün, gələcəyin partiyası  olan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanımızın dövlətçilik tarixində yeni bir yüksəliş mərhələsinin əsasını qoydu. Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı cənab İlham Əliyev partiyanın keçdiyi keşməkeşli yolu belə dəyərləndirmişdir.Yeni Azərbaycan Partiyası güclü təşkilatdır və Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rola malikdir. Heç bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq iqtidarında deyil. Bu partiyaya mənim də münasibətim eynidir. Mən də öz siyasi fəaliyyətimi partiyasız təsəvvür etmirəm. Əminəm ki, biz hamımız birlikdə həm partiyamızı daha da gücləndirəcəyik, həm də ölkəmizi daha da inkişaf etdirəcəyik. Azərbaycan müasirləşəcək, güclənəcək, çox zəngin, qüdrətli dövlətə çevriləcəkdir.

Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Heydər Əliyevin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bildi. Bu gün onun siyasi kursunu layiqincə yerinə yetirən dünya liderləri arasında öz sözünü layiqincə çatdıra bilən, xalqın , millətin iradəsini müdafiə edən, düşmənin başını dəmir yumruqla əzən liderimiz – İlham Əliyev var.

Bu gün partiyamızın fəaliyyəti, ideyaları, apardığı siyasət gənc nəsil üçün də cəlbedicidir və bu, çox müsbət haldır. Bu, onu göstərir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq və partiyanın təbliğ etdiyi, bəyan etdiyi prinsiplər bu gün xalq tərəfindən tam dəstəklənir. İndi Azərbaycanda görülmüş işlər, ölkəmizin uğurlu inkişafı, əlbəttə, hər bir vətənpərvər insana əyani şəkildə göstərir ki, bugünkü iqtidarın apardığı siyasət yeganə düzgün siyasətdir.Partiyamız yarandığı vaxtdan xalqımıza xidmət onun başlıca amalıdır. Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipinə söykənən Yeni Azərbaycan Partiyası ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək, müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstərib.

Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev dövlətimizə, xalqımıza ləyaqətlə xidmət etməyi qarşısına məqsəd qoyan, bu şərəfli missiyanı uğurla həyata keçirən görkəmli və müdrik siyasətçidir. O, yeniliyi sevir, qurub yaratmağı ozünün qayəsi hesab edir, gəncliyə arxalanır, yolu işıqlı, nurlu, parlaq gələcəyədir. Həmişə gəncliyimizə şəxsi nümunə göstərir, xalqı arxasınca aparmağı bacarır. Mən də hamı kimi gənclərə verilən bu diqqəti yüksək dəyərləndirir və Yeni Azərbaycan Partiyasına üzv olmağı öz gələcəyim, fərdi inkişafım naminə doğru olduğuna inanıram.

Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi palitrasında yeganə siyasi təşkilatdır ki, gənclərin inkişafına və özünü təsdiqinə geniş imkanlar yaradır.YAP-ın Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri layiqincə qiymətləndirilir və haqlı olaraq onun ideyaları, siyasi xətti cəmiyyət tərəfindən dəstəklənir. Mən də bir müəllim kimi təhsildə yaradılan imkanlardan istifadə edirəm. Təbii ki, görülən bu işlər, gənclərə bəxş edilən bu şərait Heydər Əliyev siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişləri ilə həyata keçirilir. Mən fəxr edirəm ki, Vətənini, xalqını yüksək qiymətləndirən, dünya miqyasında Azərbaycanımızı layiqincə təqdim edən Yeni Azərbaycan Partiyasının üzvləri sırasındayam. Mən fəxr edirəm ki, Yeni Azərbaycan Partiyasında 15 ildən artıqdır ki , fəal genc müəllim olaraq fəaliyyet göstərirəm.

Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən daim Azərbaycan xalqının rifahını düşünüb. İnsanların azad, suveren, müstəqil yaşamaları uğrunda hər bir fədakarlığı gözə alan Yeni Azərbaycan Partiyası bu gün də öz missiyasını uğurla həyata keçirir.Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev öz Vətənini layiqincə təmsil edən Azərbaycan vətəndaşıdır. Mən də Yeni Azərbaycan Partiyasının üzvü olduğum üçün fəxr edirem. Mən də 2006-ci ildən doğma partiyama xidmət edirəm.

Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu siyasət nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Ulu öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. YAP dövlət gənclər siyasətinə güclü dəstək verir, ölkəmizdə həyata keçirilən gənclər siyasəti müasir dövrün tələblərinə uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Bu siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir.

30 illiyini qeyd etdiyimiz YAP bu baxımdan gənclərlə əlaqələrə böyük önəm verir. Görülən işlərin nəticəsidir ki, təmsil olunduğum YAP Suraxanı rayon təşkilatına da gənclərin axını artır. Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib. Bu da onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Gənclərin siyasi fəallığının artırılmasında isə YAP-ın özünəməxsus rolu var.

Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Bu gün 30 illiyini qeyd edən YAP-ın sıralarına gənclərin axınının səbəbi partiyamızın bu təbəqəyə olan diqqətidir.

YAP öz sıralarında 700 mindən çox insanı birləşdirərək, nəinki Azərbaycanda, eyni zamanda, bölgədə böyük siyasi qüvvəyə çevrilib. Xalqın iradəsini ifadə edən, iştirak etdiyi bütün seçkilərdə parlaq qələbələr qazanan, ölkənin avanqard partiyasının üzvü olmaq hər bir gənc üçün böyük şərəf və məsuliyyətdir.

YAP-ın 30 illiyi bütün ölkədə yüksək səviyyədə qeyd olunur. Azərbaycan gənclərinin də YAP sıralarına qoşulmaları, öz siyasi talelərini bu partiya ilə bağlamalarının ciddi əsasları var. Partiyamızın sıralarına xüsusilə intellektli, bilik və bacarıqlı, müxtəlif sahələrdə nailiyyətlər qazanmış gənclər qoşulur.Bunu nəzərə alsaq, gənclərin YAP-a axınının hansı amillərə bağlı olduğunu əminliklə söyləmək olar. Bu o deməkdir ki, YAP gənclərin öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün bütün şəraiti yaradıb. Gənclərimiz partiyamızın vasitəsilə özlərini cəmiyyətə təqdim edə bilirlər. Hazırda YAP üzvlərinin 60 faizə yaxını gənclərdən ibarətdir. Bu, 30 yaşını qeyd edən partiya üçün çox böyük göstəricidir.

Gənclərin partiyamıza axınının sürətlənməsində Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, YAP Suraxanı rayon təşkilatı gənclərlə bağlı bir sıra layihələr həyata keçirir ki, bu gənc nəsil tərəfindən maraqla qarşılanır. YAP Suraxanı rayon təşkilatının rəhbərliyinin dəstəyi ilə YAP Gənclər Birliyi də bir çox maraqlı layihələrin müəllifi kimi hər zaman gənclərə diqqət və qayğı göstərib. İnanıram ki, 30 yaşını qeyd edən partiyamız gələcəkdə də gənclərlə iş sahəsində maraqlı təşəbbüslərlə çıxış edəcək.

Gənclərin partiyaya axını YAP-ın perspektivi haqda da inamlı danışmağa əsas verir. Prezidentimiz də qeyd edib ki, YAP gələcəyin partiyasıdır. Gələcək isə gənclərlə bağlıdır.