YAP-ın VII qurultayı partiya fəaliyyətini yeni mərhələyə yüksəltdi
Aybəniz Əmirova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 317 nömrəli tam orta məktəbin müəllimi
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyasının sıralarına bu gün yüz minlərlə insanın birləşməsini hələ sağlığında canlı əfsanəyə çevrilmiş Ulu öndərin və bu gün onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin xalqa göstərdiyi misilsiz xidmətin nəticəsi kimi dəyərləndirilir.
5 mart 2021 tarixində 6 partiya tərəfindən göndərilən birləşmə müraciəti Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayında qəbul edilmişdir. Beləliklə, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Yurddaş Partiyası və Milli Qurtuluş Partiyası Yeni Azərbaycan Partiyasına birləşdi.
YAP-ın VII qurultayı partiya fəaliyyətini yeni mərhələyə yüksəltdi. VII qurultay cəmiyyətimizdəki yeniliklər və pozitiv dəyişikliklər fonunda keçirildi. Bu qurultaya qədərki dövrün ən böyük hadisəsi isə təbii ki,torpaqlarımızın işğaldan azad olunması idi.Təsadüfi deyil ki,Prezident Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev VII qurultayda giriş nitqinə də məhz Vətən müharibəsində qazanılan qələbə barədə fikir bildirməklə başladı.
YAP-ın VII qurultayında vacib qərarlar qəbul edildi. Partiyanın yeni nizamnaməsinin qəbul olunması,İdarə Heyətinin 40 nəfərdən ibarət tərkibdə seçilməsi, çevik mexanizmin yaradılması baxımından aktuallıq kəsb edir. VII qurultay göstərdi ki,ölkənin aparıcı siyasi qüvvəsi kimi YAP bundan sonra da qarşısında dayanan vəzifələri layiqincə yerinə yetirəcək.
Ulu Öndər vaxtilə demişdir: “Azərbaycan dünyaya Günəş kimi doğacaq”. Həqiqətən də, bu gün ölkəmiz Prezident İlham Əliyevin və birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın simasında dünyaya bir Günəş kimi parlayır. 2003-cü ilin prezident seçkiləri ərəfəsində Ümummilli Liderimiz Heydər Əliyevin xalqa müraciəti zamanı ifadə etdiyi “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” müdrik kəlamı reallıqda tam təsdiqini tapdı. Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi ilə apardığımız “Dəmir yumruq” əməliyyatı nəticəsində 30 il işğal altında qalan torpaqlarımız azadlığa qovuşdu, ərazi bütövlüyümüz bərpa olundu. Qarşıda isə bizi daha böyük hədəflər, məqsədlər gözləyir. Bu hədəflərə çatmağın yeganə qarantı isə xalq olaraq Prezidentimizin ətrafında sıx birləşmək və Heydər Əliyev ideyalarını gələcək nəsillərə ötürməkdir. Heydər Əliyev siyasəti uğurlu və xoşbəxt gələcəyimizin əsas təminatçısıdır.
44 günlük Vətən müharibəsində qardaş Türkiyənin verdiyi dəstək önəmli idi. YAP-la Türkiyənin Ədalət və İnkişaf Partiyası arasında Əməkdaşlıq Memorandumu imzalandı.Türkiyənin Kahramanmaraş bölgəsində baş vermiş zəlzələ zamanı,Azərbaycan dövləti maddi və mənəvi yardım göstərdi.