YAP-da yeni təyinat

YAP-da yeni təyinat

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin olunub.

Bu vəzifəyə uzun müddət “Yeni Azərbaycan” qəzetində çalışan Nurlan Qələndərli (Qələndərov) təyinat alıb. 

Qeyd edək ki, Nurlan Vəli oğlu Qələndərov 1989-cu il martın 8-də anadan olub. Bakı Dövlət Universitetində Politologiya ixtisası üzrə bakalavr və magistraturanı fərqlənmə ilə bitirib. AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda “Siyasi institutlar və sistemlər” ixtisası üzrə doktorantura təhsili alıb. 2009-2022-ci illərdə “Yeni Azərbaycan” qəzetində müxbir və şöbə redaktoru vəzifələrində çalışıb.

Yüzlərlə siyasi-analitik məqalənin, “Böyük yolun Müzəffər davamçısı” adlı kitabın müəllifidir. Bir sıra dövlət qurumları tərəfindən təltif olunub.