Xankəndi xəyalı artıq realdır, orada bayrağımızın qaldırılması isə böyük tarixi reallıq

Xankəndi xəyalı artıq realdır, orada bayrağımızın qaldırılması isə böyük tarixi reallıq

Samirə Abdullayeva

YAP Suraxanı rayon təşkilatının ƏPT-nın sədr müavini

Suraxanı rayonu, Göyərçin körpələr evi və uşaq bağçasının müdiri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və burada çıxış edib. Əziz həmvətənlərimizi bu münasibətlə ürəkdən təbrik edib. Bu təbriki illərdir gözləyirdik. Bu təbriki Şəhidlərimizin ruhları, qazilərimizin sızıldayan yaraları, keçmiş məcburi köçkünlərin puç olmuş həyatları gözləyirdi. Xankəndi artıq realdır, orada bayrağımızın qaldırılması isə böyük tarixi reallıq.

Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında layiqli yerini tutmağı bacardı. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir.

Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Eyni zamanda, biz güclü iqtisadiyyat yaratdıq və son illər ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır. Iqtisadiyyatımız dörd dəfədən çox artıb. Güclü iqtisadiyyat müstəqillik deməkdir.

Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır. Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik

Keçən ay cəmi 23 saat davam edən antiterror əməliyyatı bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Biz Silahlı Qüvvələrimizlə qurur duyuruq. Qələbə Vətən uğrunda canından keçənlərin sayəsində əldə olundu, qanlar töküldü. Azərbaycan xalqı bu Qələbəni öz qanı, öz canı bahasına əldə etmişdir

Qərbdən şərqə, şimaldan cənuba ərazilərimizin suverenliyi tam təmin olundu. Yeni milli hədəflərimiz isə tarixi torpaqlarımıza sülh və mülki yolla getməkdir.