Xalqımız qardaşlarımızın dərdinə şərik çıxaraq sonacan öz dəstəklərini göstərir
Samirə Abdullayeva
“Göyərçin” körpələr evi və uşaq bağçasının müdiri
YAP Suraxanı rayon təşkilatının ƏPT-nın sədr müavini
Fevralın 6-sı səhərə yaxın qardaş ölkəmiz Türkiyədə çox sayda insan tələfatına səbəb olan ağır zəlzələ baş vermişdir. Bu hadisə bizi də sarsmışdı. Hər zaman ona dəstək olan Azərbaycan yenə Türkiyəyə yardıma canla-başla hazır idi və köməyə çatan ilk dövlət oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana göndərdiyi məktubda başsağlığı verib və hər cür yardıma hazır olduğunu bildirmişdi.
Xalqımız qardaşlarımızın dərdinə şərik çıxaraq sonacan öz dəstəklərini göstərir, davamlı olaraq yardım üçün könüllülər, xilasedicilər, həkimlər göndərirlər. Əlimizdən gəldiyi qədər kömək etməyə çalışırıq, əlimizdən gələni əsirgəmirik. Kimi yorğan, kimi yemək, kimi də dərman ləvazimatları yollayaraq yardım etməyə çalışır. İctimai təşkilatlar da öz dəstəklərini göstərir. Həmçinin Heydər Əliyev Fondu və işçiləri də öz dəstəklərini göstərərək yardım aksiyasına qoşulmuşlardır. FHN faciə baş verən andan fevralın 8-i saat 13:00-a kimi öz 725 nəfərlik heyəti hadisə yerinə göndərmişdi.
Prezident İlham Əliyevin göstərişinə əsasən Fövqəladə Hallar Nazirliyi tərəfindən baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması və xilasetmə, axtarış əməliyyatları davam etdirilir. Ciddi şəkildə zərər görmüş şəhər Kahramanmaraş şəhəridir. Fövqəladə Hallar Nazirliyi axtarış-xilasetmə tədbirləri nəticəsində neçə-neçə canlar xilas etmişlər.
Baş vermiş güclü zəlzələ ilə əlaqədar insan tələfatı Türkiyəni dərindən sarsdığına görə yeddi günlük milli matəm elan edilib. Qardaş Türkiyəmizin bir sıra bölgələrində baş vermiş təbii fəkakət nəticəsində çoxlu sayda insanın yaralanması,minlərlə insanın tələfaı, evsiz qalması həqiqətən də dəhşət doğuran bir faciədir.