Vətən müharibəsi qazisi Əsgər Hüseynov Yeni Suraxanı qəsəbə qəbirstanlığında torpağa tapşırılıb
19 yanvar 2026-cı il tarixdə dünyasını dəyişən Vətən müharibəsi qazisi Hüseynov Əsgər Qüdrət oğlu Yeni Suraxanı qəsəbə qəbirstanlığında torpağa tapşırılıb. Böyrəklərində problem yaranan Ə.Hüseynov on gün komada qalıb və qazi ağciyər və böyrək çatışmazlığından xəstəxanada dünyasını dəyişib.
Qazinin dəfn mərasimində YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayonu İcra Hakimiyyətinin sektor müdiri Elmar Hüseynov, digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri və qəsəbə sakinləri iştirak edib.
Əsgər Hüseynov ailənin tək övladı idi.