Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşən Vətən müharibəsinin şəhidləri Orucov Səbuhi Vahid oğlunun və Manafov Osman Natiq oğlunun Şəhidlik zirvəsinə ucaldıqları gündən 2 il ötür.
Anım günü münasibətilə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Afət Həsənova, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, digər rəsmi şəxslər, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri tərəfindənAnım günündə Bülbülə qəsəbəsi Şəhidlər Xiyabanında şəhidlərin məzarları ziyarət olunub, önünə gül dəstələri düzülərək dualar oxunub, ruhu böyük ehtiramla anılıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Şəhidlərimizin əzizxatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.