Cəmilə Ağayeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, Əmircan Bələdiyyəsinin sədri
Tarixdə bir çox şəxsiyyətlər olmuşdur. Öz dövlətinin tarixinə, qalib Sərkərdə, dövlətinin, millətinin, milli-mənəvi dəyərlərini, keçmişini qoruyan, itirilənləri geri qaytaran, gələcəyə doğru inamla addımlayan dahi şəxsiyyətlər çox az olmuşdur. 21-ci əsrin Azərbaycan dövləti çox xoşbəxtdir, çünki bu dövlətin başçısında, sadaladıqlarım bütün keyfiyyətlər mövcuddur. Bu gün Azərbaycan dövlətinin qalib sərkərdəsi, müzəffər ordunun Ali Baş Komandanı var. Bu gün Azərbaycan, 30 il həsrətində olduğu torpaqları, həmin bu sərkərdənin güclü siyasəti, uzaqgörənliyi və illərlə qayğısını çəkdiyi, hazırladığı, gücləndirdiyi ordusu sayəsində azad edib.
Azad olunmuş torpaqlarda, vüsətlə abadlıq-quruculuq işləri gedir. Eyni zamanda, bu torpaqlarda erməni vandalları tərəfindən tariximizi, soykökümüzü silməyə çalışmaq məqsədilə dağıtdıqları tarixi abidələrimiz dövlətimiz tərəfindən yenidən qurulur. Həmçinin, dünyada tüğyan edən iqtisadi böhrana qarşılıq olaraq, Prezidentimiz dövlətimizi tam sığortalamaq üçün, hər zaman praktiki işlər aparır və bu yöndə daima planlar qurur.
Bu gün 44 günlük müharibədən çıxmış bir dövlət üçün şəhidləri, qaziləri və onların qayğıları, hər birinə verilən sığortaları, həmçinin daşınar və daşınmaz əmlakları, Bakı şəhərinin özündə və eyni zamanda Azərbaycanın bütün rayon və şəhərlərində eyni vaxtda görülən bu qədər müsbət əməli işlər təqdirəlayiqdir.
Ətraf qonşu dövlətlərə nəzər salsaq, istər iqtisadiyyatda, istərsə ordu quruculuğunda, istərsə də siyasətdə bizim dövlətimiz müsbət tərəfdən fərqlənir. Eyni zamanda, Azərbaycanın hər bir bölgəsində, milli-mənəvi dəyərlərə diqqətlə yanaşan cənab Prezidentimiz İlham Əliyev tarixi abidələrin, məscidlərin, türbələrin, bərpa və konservasiyasında aktiv işlər görür. Tez-tez Azərbaycanın rayonlarına səfər edən, Prezidentimiz Cənab İlham Əliyev, həmçinin 1-ci Vitse-Prezidentimiz Mehriban xanım Əliyeva Azərbaycanın keçmişini qorumaq naminə belə abidələri daima diqqətdə saxlayır. Bu tarixi abidələrdən biri də, İsmayıllı rayonunda yerləşən “Diri Baba” türbəsidir. Yaşı 500 ildən çox olan bu türbə, hər zaman Azərbaycan xalqı tərəfindən müqəddəs yer, inanc mənbəyi olub.
12 Avqust 2022-ci il tarixdə, Prezidentimiz İlham Əliyevin və onun xanımının növbəti səfəri, məhz İsmayıllı rayonunun bu türbəsinə və qədim kəndlərdən biri olan Basqal kəndinə olmuşdur. Həmin bu qədim kənddə açılmış olan otel, Azərbaycana turizm axınını daha da artıracaq.
Dövlətimizin başçısı cənab İlham Əliyev hər zaman xaricdə öz ölkəsini yüksək təmsil etdiyi kimi, daxili siyasəti də çox zəngindir. Belə ki, işğaldan azad olunmuş torpaqlarda, görülən bərpa işləri ilə paralel, eyni zamanda kənd təsərrüfatı, maldarlıq, bitkiçilik, heyvandarlıq işləri də inkişaf etdirilir. Sanki, illərlə yetim qalmış torpaqlarımız, bu inkişafın qarşılığında öz ata və anasını tapmışdır. Bu gün bu torpaqlara, məhz bu ata və ana qayğısını, cənab Prezident İlham Əliyev və onun xanımı Mehriban xanım Əliyeva göstərir.
Torpağı sevdikcə, Vətənə bağlılıq göz önünə gəlir. Vətənini sevən ləyaqətli oğul və qız olmaq, həmçinin də bu insanların öz millətini təbliğ edən, güclü siyasi liderləri olmağı böyük xoşbəxtlikdir.