Ulu Öndərin dil bilikləri, Azərbaycan dilinə marağı, ona olan sevgisi dilçiliyin inkişafına böyük töhvə vermişdir

Ulu Öndərin dil bilikləri, Azərbaycan dilinə marağı, ona olan sevgisi dilçiliyin inkişafına böyük töhvə vermişdir

Könül Hümbətova 

16 saylı Uşaq Poliknikasının baş həkimi

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycanın xilaskar lideri hesab edilib. O apardığı düzgün siyasəti və geniş dünyagörüşü ilə dünya ölkələrində tanınmışdır. Heydər Əliyevi dünyada tanıdan həmdə onun dərin və konkret nitqi olmuşdur. Ulu Öndər nitq söyləyərkən düşüncələrini cilalanmış şəkildə ifadə edirdi. O məsələləri dövlətçilik mövqeyindən təhlil etməyi ustalıqla bacarırdı. Onun ən böyük siyasəti həm də işində qətiyyətli olmasında, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, uzaqgörənliyində, qarşıya qoyduğu məsələni həyata keçirmək qabiliyyətində özünü göstərirdi.

Ulu Öndərin dil bilikləri, Azərbaycan dilinə marağı, ona olan sevgisi dilçiliyin inkişafına böyük töhvə vermişdir. Belə ki, onun sayəsində 1995-ci ildə ilk Konstitusiyamızda Azərbaycan dili dövlət dili kimi bir daha təsbit edildi. 2001-ci ilin 18 iyununda Prezident Heydər Əliyev “Dövlət dilinin işlənməsinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Fərmana əsasən, 2001-ci il avqustun 1-dən ölkədə Azərbaycan dilində olan bütün çap məhsulları latın qrafikalı əlifbaya keçdi. 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis olundu.

Dilçiliyin inkişafı bu gün bizim gənclərin şəxsiyyət kimi inkişafında və onların formalaşmasında böyük rolu oynayır. Mahir natiqliyə yiyələnməyin yolu ana dilimizi mükəmməl bilməkdən, geniş biliyə və mütaliəyə malik olmaqdan ibarətdir. Natiqlik yığcam fikir, sərbəst düşüncə, səlis danışıq tərzi, aydın fikir ifadə etmə bacarığı, anlaşıqlı danışıq tələb edir. Natiqlik sənətinə aid olan bütün bu xüsusiyyətləri isə gənclərimiz Heydər Əliyevin nitq nümunələrindən əldə edə bilərlər. Heydər Əliyevin dərin məntiqli nitqi, natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri məftun edirdi.

Heydər Əliyevi dinləyərkən anlayırsanki müstəqilliyin ali məqsədi milli-mədəni və mənəvi dəyərlərin bərpa olunması, öz mənliyinin sahibi olmasıdır. Mənəviyyatın qorunması üçün  mühüm şərtlərdən biri iqtisadiyyatın inkişaf etdirilməsidir. Bu isə ancaq Heydər Əliyevin düzgün və qətiyyətli siyasəti nəticəsində mümükün ola bilərdi. Onun siyasəti sayəsində hazırda Azərbaycan tanınmış dövlətlər arasında öz sözünü demiş bir dövlətdir. Dünya ölkələrinin Azərbaycana marağı durmadan artmaqdadır. Dahi şəxsiyyət Heydər Əliyev idarəetmənin ustadı və siyasətin kamil bilicisi kimi bütün dünyada məşhur idi.

Hazırda Heydər Əliyevin siyasətini layiqincə davam etdirən və yerinə yetirən Prezident İlham Əliyevdir. Onun rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabah olan inamını daha da artırır. Xalqımız aparılan bu düzgün siyasəti aydın şəkildə dərk edir və cənab Prezidentimizi dəstəkləyir.