Ulu Öndər müasir Azərbaycan dövlətini qurdu və yaratdı
Əfsanə Əliyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Ümummilli lider Heydər Əliyev Azərbaycanımızın müasir simasını müəyyən edən dahi şəxsiyyətdir. Ulu Öndər iki dəfə ölkəmizin həyatına xilaskar kimi daxil olaraq xalqını çətin vəziyyətdən çıxarmışdı. Heydər Əliyev elə bir şəxsiyyət idi ki, ondan neçə-neçə nəsillər bundan sonra da daim öyrənəcək, nümunə götürəcək. Heydər Əliyevin böyüklüyü həm də onda idi ki, insanların qəlbinə yol tapa bilirdi, onları sevir və duyurdu. O, vicdanı, ədaləti, haqqı nahaqa verməməyi, halallığı ilə də şəxsən tanıdığı və tanımadığı insanlara bir nümunə idi.
Çıxışlarından birində Ulu Öndər "Azərbaycan xalqının tarix boyu nümayiş etdirdiyi qəhrəmanlıq, cəsurluq ənənələri bu gün müstəqil Azərbaycan dövlətində yenidən yüksəlmişdir və daha da canlanacaqdır", - deyirdi. Heydər Əliyevin belə bir fikri də var idi ki, "Azərbaycan xalqı tarix boyu, əsrlər boyu həmişə mərdlik, cəsarət, qəhrəmanlıq göstərmişdir, öz yurdunu, öz torpağını müdafiə etmişdir.
Ulu Öndər bizlər üçün müasir Azərbaycan dövlətinin inkişafını qurdu və yaratdı. Bu gün Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunu, onun Azərbaycan xalqına varis qoyduğu Prezident İlham Əliyev inamla və sədaqətlə davam etdirir.
Ulu Öndər daima Azərbaycan xalqının hər bir vətəndaşının qəlbində əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin!