Ulu Öndər həyata keçirdiyi islahatlar Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu
Türkan Bayramova
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
YAP Suraxanı rayon təşkilatının təəssübkeşi, Suraxanı rayon sakini
Tarixin gəlmiş-keçmiş ən böyük siyasətçilərindən olan, xalq tərəfindən heç vaxt unudulmayacaq olan Ulu Öndərimiz Heydər Əliyev öz böyük missiyasına Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi ilə başlamışdı. Onun 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin Sədri seçilməsi Azərbaycanın müstəqillik yollunun əsasını qoymuşdu. Heydər Əliyevin bu vəzifəyə seçilməsi təsadüfi bir proses deyildi, olduqca güclü bir zərurətdən meydana gələn proses idi. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri seçilməzdən əvvəl də SSRİ hakimiyyətində sayılıb - seçilən, rəhbər vəzifədə çalışan və qısa müddətdə özünə nüfuzlu qazanan siyasətçi idi.
Ulu öndər Heydər Əliyevin 31 il öncə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Azərbaycanın dövlətçilik tarixinin ən mühüm mərhələlərindən birini təşkil edir. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmişdi. Görkəmli dövlət xadiminin qədim diyardan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik olan qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsinə meydan açmışdı.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışdığı illər muxtar respublikanın siyasi, sosial-iqtisadi və mədəni inkişafının çətin, eyni zamanda əlamətdar dövrüdür. Bu dövrdə Heydər Əliyev birinci növbədə Naxçıvan Muxtar Respublikasını Ermənistanın silahlı təcavüzündən və işğal təhlükəsindən xilas etdi. Onun təşəbbüsü ilə Ali Məclis muxtar respublikanın adından "Sovet Sosialist" sözlərinin çıxarılması, Azərbaycan Xalq Cumhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında tarixi qərarlar qəbul etdi, qonşu Türkiyə və İranla iqtisadi əlaqələr yaradıldı, "Ümid" və "Şahtaxtı-Poldəşt" körpüləri salındı. Ulu Öndər həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu.
Həmin dövrə nəzər saldıqda bu mərhələnin milli dövlətçilik ənənələrinin bərpası baxımından da xüsusi əhəmiyyətə malik olduğu görünür. Bəli, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri seçilməsi dünya miqyaslı siyasətçi Heydər Əliyevin xalqın böyük arzusu və tələbi ilə böyük siyasətə yenidən qayıdışının həlledici mərhələsi idi. Qarşıda isə onu daha çətin, ancaq daha şərəfli bir missiya gözləyirdi.
, üzvü, ingilis dili müəllimi