Ümummilli Liderin sayəsində Azərbaycan beynəlxalq aləmdə öz qətiyyətli mövqeyini ortaya qoymuşdur
Əfsanə Ələkbərova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu 2 saylı Uşaq Evinin həkimi
Ölkəmizdə prezident səlahiyyətləri Ümumimilli lider Heydər Əliyevə verildikdən sonra elə həmin il dekabr 21-də MDB-yə qoşulmaq haqqında qərar verilmişdir. 1993-cü ilin sentyabrında isə ölkəmiz həmin təşkilata tam hüquqlu üzv olmuşdur. Təbii ki, belə bir önəmli hadisə Ulu Öndərin ölkəmizin inkişafı üçün atdığı uğurlu onlarla addımdan yalnız biri idi. Bu çərçivədə, elə ilk günlərdən Ümummilli Liderin sayəsində Azərbaycan istər beynəlxalq aləmdə, istərsə də regiondda öz qətiyyətli və düzgün siyasi-iqtisadi mövqeyini ortaya qoymuşdur. Vurğulamaq lazımdır ki, bu gün də həmin qətiyyətli mövqe davam etməkdədir.
Sevindirici haldır ki, Ulu Öndərin Layiqli davamçısı Prezident cənab İlham Əliyev də hər zaman MDB məkanında öz döğru, düzgün düşüncələri və uğurlu siyasi addımları ilə Azərbaycanın qətiyyətli mövqeyini ortaya qoymuş, məhz Azərbaycan MDB-nin bir çox sənədlərinə Ermənistanın işğalçı siyasətini nəzərə alaraq arasında keçmiş münaqişəyə görə veto qoya bilmişdir. Xüsusilə təhlükəsizlik sisteminin yaradılması məsələsində ölkəmizin müstəqil mövqe nümayiş etdirməsi ermənilərin qərəzli siyasi niyyətlərini cilovlamağa imkan vermişdir.
Danılmaz həqiqətdir ki, bu gün torpaqlarımızın bütövlüyünün təmin olunmasının səbəblərindən biri də, MDB və digər onun kimi beynəlxalq, regional təşkilatlarda uzun müddət cənab İlham Əliyevin bir çox üzv ölkələrlə qarşılıqlı düzgün münasibətlərin qurulması və haqqı, ədaləti təbliğ etməsidir. Nəhayət ki, biz bu gün milli maraqlara söykənən siyasətin nəticəsində Müzəffər Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşərək torpaqlarımızın bütövlüyünün bərpa olunmasına nail olduq. Əsrlər boyu parçalanan torpaqlarımız, haqqı tapdalanan xalqımız cənab İlham Əliyevin 20 illik prezdentliyi dövründə beynəlxalq aləmdə hər zaman öz sözünü deməyi bacarmış, ölkəmiz bir çox sahələrdə qabaqcıl ölkələr səviyyəsində inkişaf etməyə başlamışdır.
Xoşbəxt xalqıq ki, müstəqilliyimizin bərpasının 32-ci il dönümündə böyük qürur və sevinc hissi ilə deyə bilirik: Bütövlüyün mübarək Azərbaycan!
Biz bu müstəqillik, bu bütövlük üçün Ulu Öndər Heydər Əliyevə borcluyuq!