Tarixi Zəfər paradı Azərbaycan xalqının yaddaşına yazıldı

Tarixi Zəfər paradı Azərbaycan xalqının yaddaşına yazıldı

Aygun Allahverdiyeva

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu 277 saylı uşaq bağçası və körpələr evinin müdiri

Prezident İlham Əliyev: “ Azadlıq Meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır."

Xalqımız “ 44” günlük Vətən müharibəsində qazandığı ilk qələbə gününü təntənə ilə qeyd etdi. Zəfər salnaməsi qəhrəmanlıq dastanına çevrildi. Əbədiyyətə qovuşan ilk və sonuncu qəhrəman oğullarımız tarix yazdı. Torpaqlarımız onların qanı ilə yuyuldu. Lakin düşmənə təslim olmadılar.  Qarabağ torpaqlarının hər bir tərəfində şəhərlərində, kənd və qəsəbələrində üçrəngli bayrağımızı ucaltdılar. Xalqın başı üstündə dalğalanan bu bayraq Zəfər bayrağına çevrildi.

 Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı Cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində əldə etdiyi qələbə bütün dünyaya səs saldı. 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgər və zabitlərinin iştirakı ilə keçirilmiş tarixi Zəfər paradı Azərbaycan xalqının yaddaşına yazıldı. Zəfər paradında 150- dək hərbi texnika, raket və artilleriya qurğuları , hava hücumundan müdafiə sistemləri, hərbi gəmi və kareclər nümayiş etdirilmişdir.

Prezident İlham Əliyevin dəvəti ilə qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu paradda iştrak etməsi idi. İki ölkə liderlərinin çıxışları beynəlxalq ictimaiyyətə göndərilmiş çox ciddi xəbərdarlıq mesajları oldu. Türkiyə lideri əminliklə çıxışında bildirmişdi. Dostum, qardaşım , sayın İlham Əliyev: biz “ Bir millət iki dövlətik". İslam dünyasının əbədi- əzəli qardaşlıq meyyarı bizim əldə etdiyimiz qələbədir.

Azərbaycan və Türkiyənin bu sıx dostluq münasibətlərinin qısqanan üzdən iraq düşmənlərimiz bir daha eşitsin. Hər zaman Türkiyə bizimlədir  və bizimlə olacaq. Qoy Uca Tanrı Xalqımızı qorusun. Allah şəhidlərimizə rəhmət etsin. Qazilərimizə can sağlığı versin.  Cənab İlham Əliyev biz sizinləyik və sizinlə fəxr duyuruq.

Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!