Şəhərsalma sahəsində yeni çağırışlar gələcək inkişaf üçün böyük əhəmiyyətə malikdir
Həqiqət Məmmədova
Bildiyiniz kimi, cari ilin May ayının 18-də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında çıxışında şəhərlərin düzgün planlaşdırılmasının insanların həyat keyfiyyətinin yüksəldilməsində mühüm rol oynadığını, Azərbaycanda həyata keçirilən layihələrin insan rifahının təmin olunmasına xidmət etdiyini, yeni yolların çəkilməsi, körpülərin tikilməsi, parkların salınması və yaşayış komplekslərinin inşasının dövlət siyasətinin əsas istiqamətlərindən olduğunu vurğuladı.
Həmçinin, Dövlət başçısı çıxışında azad edilmiş torpaqlarda aparılan yenidənqurma işlərinə də toxundu. O qeyd etdi ki, həmin ərazilərdə tamamilə yeni yaşayış məntəqələri salınır. “Ağıllı şəhər” və “ağıllı kənd” layihələri müasir texnologiyaların tətbiqinə əsaslanır. Burada yaşıl enerji layihələrinin həyata keçirilməsinə böyük önəm verildiyini, günəş və külək enerjisindən istifadə regionun davamlı inkişafına mühüm töhfə verəcəyini, və forumun beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyətini də qeyd etdi.
Belə tədbirlər ölkələr arasında təcrübə mübadiləsinə imkan yaradaraq, Şəhərsalma sahəsində yeni çağırışlar gələcək inkişaf üçün böyük əhəmiyyət daşıyır. Prezident çıxışında Azərbaycanın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini vurğuladı. Bakı şəhərinin müasir infrastruktura malik olması bu cür tədbirlərin yüksək səviyyədə təşkilinə şərait yaradır. Dövlət başçısı qeyd etdi ki, ölkəmiz beynəlxalq əməkdaşlığın inkişafına daim töhfə verir.