Şəhər günün mübarək əziz Kəlbəcər!
Zərxanım Zülfüqarova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 232 nömrəli tam orta məktəbin müəllimi
Kəlbərər Azərbaycanın yüksək dağlıq rayonlarından biri olmaqla bərabər qədim tarixə malikdir. “Kəlbəcər ” topaniminin mənşəyi qədim türk dilində “çay üstündə qala ” deməkdir.Kəlbəcər rayonu ərazisi ən qədim insan məskənlərindən biri kimi tanınır. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Məhz Azərbaycan tarixinin ən qədim dövlətləri Kəlbəcərdə olan olan “jar” mağarasında öyrənilir. Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır.
1993-cü ildə aprelin 2-də Kəlbəcər royunu Ermənistan Respublikası Silahlı qüvvələri tərəfindən işğal edilmiş, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli sülh müqaviləsinə əsasən 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər royonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil verilmişdir.
2020-ci il noyabrın 26- da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası silahlı qüvvələrinin 9454 hərb qulluqçusu bu modulla təltif olunub.
Kəlbəcər işğaldan azad olunandan sonar Prezidentimizə və xanımı dəfələrlə bu rayonda olmuş, yenidən qurma və bərpa işləri ilə yerindəcə tanış olmuşlar. Digər rayonlarda olduğu kimi bu rayondada çox böyük işlər görülməyə başladı. Toğanalı –Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11,6 kilometrlik tunel regionun böyük loqistik layihəsidir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 km təşkil edir. Avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərərkət zolağı olmaqla, 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Ərazinin çətin relyefi və təhlükəsizlik məsəslələri nəzərə alınaraq Murovdağ silsiləsinin altından 11,6 kilometirlik tunelin tikintisi nəzərdə tutulub. Kəlbəcər və Laçın rayonlarında 10 dan çox tunel inşa edilib. İcra olunan layihələr, həm mülki əhali üçün, həm hərbiçilər üçün həmdə müdafiə nöqteyi nəzərdən böyük əhəmiyyətə malikdirlər.
İkinci Qarabağ müharibəsindən sonar ordu quruculuğu prosesi sürətlə inkişaf edir. 26 iyun 2022-ci ildə Kəlbəcərdə yeni yaradılmış “Komando ” qüvvələrinin hərbi hissəsinin açılış mərasimiminin təşkili ölkəmizin müdafiə potensialının göstəricisidir.
Kəlbəcərin elektrik və su təcizatı, habelə evlərin tikilməsi ilə bağlı işlərinə start verilib. Cari ilin 26 iyun tarixində president İlham Əliyevin iştirakı ilə Kəlbəcər rayonunda “İstisu” Sanatoriyasının təməlqoyma mərasimi də təşkil olundu.
Kəlbəcər şəhərinin Baş planı ölkənin təbii gözəlliyini özündə ehtiva edir. Tezliklə burada müfəssəl layihələndirmə gedecək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Kəlbəcərdə mütləq aşıq mərkəzi və digər tikintilər inşa ediləcək. Bir sözlə bütün Qarabağ torpaqları kimi Kəlbəcərdə gündən günə inkişaf edib gözəlləşəcək. Əsl cənnət məkanı olacaq.