Şəhid Mixail Həmidovun və Nazim Kixlarovun anım günü münasibəti ilə ehsan süfrəsi təşkil edilib

Şəhid Mixail Həmidovun və Nazim Kixlarovun anım günü münasibəti ilə ehsan süfrəsi təşkil edilib

23 oktyabr 2022-ci il tarixdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, digər rəsmi şəxslər, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər şəhid Həmidov Mixail Hamlet oğlunun və  Kixlarov Nazim Nadir oğlunun şəhadətlərinin II ildönümü münasibəti ilə təşkil olunmuş anım mərasimində iştirak etmişlər. Vətən Müharbəsində göstərdikləri şücaət və qərəmanlıqlarına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən orden və medallarla təltif edilmiş Vətən Müharibəsi şəhidləri Mixail Həmidov və Nazim Kıxlarovun əziz xatirəsinə ehsan süfrəsi açılıb.

Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Vətən Müharibəsi şəhidlərinin ailələrinin qayğıları ilə yaxından maraqlanmışlar. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidimizin əziz xatirəsini bir daha yad edərək Allahdan rəhmət diləmişdir.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə,  Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.