Şəhid mayor Rüfət Əsgərovun qızı Zəhranın doğum günü qeyd olunub
11 iyul Vətən Müharibəsi şəhidi mayor Rüfət Əsgərovun qızı Zəhranın 13 yaşının tamam olduğu tarixdir. Doğum günü ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və bir qrup rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailə üzvləri ailəni ziyarət etmiş, qayğıları ilə maraqlanmışlar.
Şəhidin qızı Zəhranın ad günündə qəhrəman vətən övladlarına və onların ailələrinə qayğı göstərməyə cəmiyyətimizin daima borclu olduğunu ifadə edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən bütün şəhidlərimiz kimi mayor Əsgərov Rüfətin də xatirəsinin əziz tutulduğunu vurğulamışdır.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Şəhid qızı Zəhranı doğum günü münasibəti ilə təbrik edərək dedi ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və çox hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi qayğı, diqqət bütün cəmiyyətimiz üçün nümunədir. Yerli təşkilatın sədri vurğuladı ki, Şəhidlərimiz müqəddəs Vətən torpağına, dəyərli ailə üzvləri ilə bizlərə əmanətdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.