Şəhid Aydın Feyzullayev doğum günündə yad edilib

Şəhid Aydın Feyzullayev doğum günündə yad edilib

19 iyun Vətən Müharibəsi şəhidi əsgər Feyzullayev Aydın Zakir oğlunun doğum günüdür. Şəhidimizin mövludu ilə əlaqədar Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının, Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmi şəxsləri və ictimaiyyət nümayəndələri şəhidin ailəsini ziyarət etmiş, ailənin qayğıları ilə maraqlanmışlar.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.