Suraxanıda şəhid ailələri ziyarət olunub
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 30 saylı Suraxanı birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sevinc Fətəliyevanın şəhid ailələri ilə görüşü keçirilib.
Əvvəlcə şəhid ailələri və qazilərlə birlikdə Yeni Suraxanı ərazisində yeləşən Şəhidlər xiyabanı ziyarət edilib.
Namizəd İkinci Qarabağ müharibəsi zamanı şəhid olan Elnur Qədir oğlu Şahbazovun ailəsi ilə görüşüb. Sevinc Fətəliyeva şəhidin valideynləri ilə söhbətində şəhidlərin yenilməz əzmi sayəsində Azərbaycanın bütovlüyünün təmin olunduğu üçün hər kəsin qürur hissi keçirdiyini bildirib.
Sevinc Fətəliyeva həmçinin, İkinci Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olan Azər Yaqub oğlu Qasımovun övladının doğum günündə iştirak edib. Şəhidin yadigarını təbrik edərək ona xoş arzularını bildirib, gələcək həyatında müvəffəqiyyətlər arzulayıb.
Daha sonra Sevinc Fətəliyeva fərdi görüşlər çərçivəsində Yeni Suraxanı sakini Fikrət Səfərovun evində olub.