Noyabrın 18-də Suraxanı Rayonunda Vətən müharibəsi şəhidi leytenant Şahmar Nazim oğlu Səfərovun anım günü qeyd edilib. Tədbirdə RİH-in başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, şəhidin ailə üzvləri, yaxınları, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Şəhidin valideynləri övladları ilə qürur duyduqlarını bildirib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.