Şəhid Cəsarət Səfərovun doğum günündə əziz xatirəsi ehtiramla yad edilib

Şəhid Cəsarət Səfərovun doğum günündə əziz xatirəsi ehtiramla yad edilib
27 iyun Vətən Müharibəsi şəhidi əsgər Cəsarət Səfərovun doğum günüdür. Şəhidimizin mövludu ilə əlaqədar YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini – sektor müdiri Elmar Hüseynov və digər rəsmi şəxslər, Şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri Şəhid Cəsarət Səfərovun doğum günündə Hərbi Memorial Məzarlıqda məzarı ziyarət edilmiş, məzarı üzərinə güllər düzülmüş və dualar oxumuşlar.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.