Rumıniya inqilabi layihə vasitəsilə Xəzər dənizindən elektrik enerjisi almağa ümid edir
Qulam Səfərzadə
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı RİHB-nin Zığ QİƏD üzrə nümayəndəsi
2 fevral 2023-cü ildə Rumıniya Prezidenti Klaus İohannis ölkəmizə rəsmi səfər edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adından Rumıniya Prezidenti Klaus Yohannisin şərəfinə rəsmi ziyafət verilib.
Rumıniya 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk Avropa dövlətlərindən biri olmuşdur. Rumıniya Prezidenti Klaus İohannis 2023-cü il yanvarın 1-dən Azərbaycanın Rumıniyaya əlavə qaz ixracına başladığı üçün təşəkkür edib.
Görüşdə dövlət başçıları iki milli şirkət – Romgaz və Socarın 2023-cü il aprelin 1-dən 2024-cü il aprelin 1-dək yeni müqavilə imzalayacaqlarını bildiriblər. Bu o deməkdir ki, lazım gəlsə Rumıniya Xəzərdəki mənbələrdən – azdan istifadə edə biləcək.
Rumıniyanın 26 regionunda “SOCAR” brendi ilə çalışan 67 yanacaqdoldurma məntəqəsinə malik şirkətimiz təsdiq etdiyi strateji inkişaf planına uyğun olaraq qarşıdakı ildə də bu ölkədəki YDM şəbəkəsini genişlənidməkdə davam edəcək. Xatırladaq ki, SOCAR Rumıniyadakı fəaliyyətini 2011-ci ildə yaradılmış “SOCAR Petroleum SA” şirkəti vasitəsi ilə həyata keçirir.
Ötən il Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Bu da yaşıl enerji dəhlizinin yaradılması istiqamətində atılan mühüm addımlardan biridir. Azərbaycan enerji təhlükəsizliyi baxımdan Avropa İttifaqının strateji tərəfdaşıdır. Xüsusilə, neft və qaz sahəsində çox mühüm əməkdaşlıq əlaqələrimiz mövcud idi.
Artıq Azərbaycan Avropanın enerji ixracının növbəti mərhələsi olaraq “yaşıl enerji”nin ixracını planlaşdırır. Təbii ki, bu istiqamətdə bizim kifayət qədər böyük həcmli bərpa olunan enerji potensialımız var. Bu imkanlardan istifadə etməklə həm təbii qaz resurslarımıza qənaət edə bilərik, həm də ölkəyə əlavə gəlirlər gətirmiş olarıq. Azərbaycanın Avropanın əsas elektrik enerjisi, xüsusən də, “yaşıl enerji” təchizatçısına çevrilməsi planlaşdırılır.
Ölkəmizin başçısı ticarətimizin ən böyük hissəsinin neft olduğunu və onun həcmini şaxələndirməli olduğumuzu qeyd edib. Əlavə olaraq cənab Prezident İlham Əliyev Rumıniya vasitəsilə digər Avropa bazarlarına da müraciət edəcəyimizi və bu imkanlardan qaz ixracı üçün istifadə edəcəyimizi bildirib .
Rumıniya saytlarından birində qeyd olunub ki, növbəti illərdə Rumıniya da inqilabi layihə vasitəsilə Xəzər dənizindən elektrik enerjisi almağa ümid edir.