“Qürurla Qələbəyə” adlı vətənpərvərlik tədbiri keçirilib

“Qürurla Qələbəyə” adlı vətənpərvərlik tədbiri keçirilib

2 noyabr 2026-cı il tarixində Abil Səfərov adına 114 nömrəli tam orta ümumtəhsil məktəbində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Qürurla Qələbəyə” adlı vətənpərvərlik tədbiri keçirilib.

Tədbirin əsas məqsədi 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbənin əhəmiyyətini təbliğ etmək, şəhidlərimizin əziz xatirəsini yad etmək, qazilərimizin qəhrəmanlığını gənc nəslə aşılamaq və şagirdlərdə vətənpərvərlik ruhunu daha da gücləndirmək olub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, sədr müavini Salman Əbdülov, Suraxanı rayon İcra Hakimiyyətinin əməkdaşı Gülşən Şıxlarova, digər rəsmi şəxslər, şəhid anaları, məktəb direktorları, gənclərin çağırışaqədərki hazırlığı (GÇH) müəllimləri və məktəb kollektivi iştirak ediblər.

Tədbir çərçivəsində şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, mahnılar ifa olunub, milli ruhumuzu və Zəfər sevincimizi əks etdirən rəqs nömrələri nümayiş etdirilib. GÇH şagirdlərinin hərbi-vətənpərvərlik ruhunda hazırladıqları çıxışlar tədbirə xüsusi rəng qatıb.

Çıxış edən natiqlər Azərbaycan Ordusunun şanlı Qələbəsindən, xalqımızın sarsılmaz birliyindən, şəhidlərimizin qəhrəmanlığından və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin əhəmiyyətindən bəhs ediblər.

Yüksək vətənpərvərlik ruhunda keçən tədbir iştirakçılarda böyük qürur və fəxarət hissi yaradıb. Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk.

Yaşasın Azərbaycan! Yaşasın şanlı Zəfərimiz!

Paylaş