Qlobal Media Forumu Azərbaycanın orta gücə malik dövlət olduğunu bir daha ortaya qoydu

Qlobal Media Forumu Azərbaycanın orta gücə malik dövlət olduğunu bir daha ortaya qoydu

Həqiqət Məmmədova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı Rayonu, Yeni Suraxanı Bələdiyyəsinin sədri

Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışında media nümayəndələrinin çoxsaylı suallarını cavablandıraraq, həm ölkəmizlə, həm də beynəlxalq gündəmin də aktual mövzuları ilə bağlı fikirlərini açıqladı. Dövlət başçısının mesajları təkcə Azərbaycan üçün deyil, qlobal media məkanı üçün də aktual çağırışlar kimi xarakterizə olunur. 

Dövlət başçısı mövzu ilə bağlı bildirib ki, Azərbaycan kifayət qədər uzun müddət ərzində bağlantılar üzərində işləyib: "Biz bəlkə də 10 ildən artıqdır çalışdıq, coğrafi mövqeyimizin üstünlüklərindən istifadə edərək, onları çoxtərəfli əməkdaşlıq üçün real platformaya çevirək. Müxtəlif meyarlar var idi ki, bizə beynəlxalq daşımalar məkanına çevrilmək imkanını yaradırdı və ya buna mane olurdular. İlk olaraq, bu, çatışmayan fiziki infrastrukturla bağlı idi və biz onu yaratmalı idik və yaratdıq.

Azərbaycan-Türkiyə münasibətləri də Forumda diqqətdə olub. Prezident eyni zamanda bildirib ki, dünyada bir-birinə yaxın olan, bir-birinə bu qədər dəstək verən və dost olan Türkiyə və Azərbaycandan başqa bəlkə də digər iki dövlət tapmazsınız: "Bu, xalqlarımız, ölkələrimiz üçün böyük zənginlikdir. Biz bir yerdə olanda daha güclüyük. Bu, həmçinin regional sabitliyin və əməkdaşlığın, o cümlədən indicə qeyd etdiyim bağlantılar məsələsinin mühüm meyarıdır. Bir sözlə, biz təkcə qardaş və dost deyilik, biz müttəfiqik"

Forumda böyük maraq doğuran istiqamətlərdən biri də ABŞ-la bağlı oldu. Hazırda iki ölkənin münasibətləri yüksək səviyyədədir.

Şuşanın beynəlxalq platforma kimi təqdimatı da çox mühüm əhəmiyyət kəsb edirdi. Cənab Prezident də bu məsələni məhz iştirakçıların diqqətinə çatdırdı: "Dövlət başçısı Şuşa Qlobal Media Forumunu Azərbaycanın dünyaya açıq dialoq platforması kimi xarakterizə etdi. Qarabağda aparılan bərpa quruculuq işlərinin beynəlxalq media nümayəndələrinə birbaşa təqdim edilməsinin əhəmiyyətini vurğuladı.

Eyni zamanda Azərbaycanın qonşuluq siyasəti, Amerika Birləşmiş Ştatları və digər beynəlxalq səviyyədə özlərini artıq təqdim etmiş güc mərkəzləri və digər istiqamətlərdə Prezident öz fikirlərini söylədi, ölkəmizin mövqeyini ortaya qoydu.  Azərbaycan tarixi, xarici və daxili siyasəti, beynəlxalq səviyyəli görüşlər, 44 günlük müharibədə qələbə və təbii ki, Azərbaycan xalqının sülhün bərqərar olması istiqamətində atdıqları addımlar dövlət başçısının çıxışında əsas istiqamətlər idi.


Bir sözlə, Qlobal Media Forumu Azərbaycanın orta gücə malik bir dövlət olduğunu bir daha ortaya qoydu və bu potensiala sahib olmasını bir daha göstərdi. Forumun məhz Şuşada keçirilməsi də çox mühüm bir addımdır. Yəni,  Azərbaycan müharibədə döyüşdüyü kimi, qələbə əldə etdiyi kimi, Ali Baş Komandanın rəhbərliyi ilə eyni zamanda, dinc quruculuq işlərini də yüksək səviyyədə həyata keçirir".