Qarabağın Azərbaycan diyarı olmasına bütün dünya qəbul edir

Qarabağın Azərbaycan diyarı olmasına bütün dünya qəbul edir

Ruzilə Möhbalıyeva

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 208 nömrəli tam orta məktəbin direktor müavini

Cari ilin 27 May tarixində Prezident cənab İlham Əliyev Zəngilan rayonunun ``Ağıllı kənd`` layihəsinin açılışında bildirmişdir ki, 104 il bundan əvvəl müstəqillik əldə edən xalqımıza ilk zərbə qədim torpağımız İrəvanın Ermənistana təhvil verilməsi idi. Xalqımızın XX əsrin əvvəllərində və sonrakı dövrlərində faciələrlə üzləşməsinin səbəbi müstəqilliyimizin möhkəm olmamasıdır. O vaxtı hakimiyyət həm Şərqi Zəngəzur, həm Qarabağı işğaldan qoruya bilmədi. Xalqımıza olan növbəti düşmənçilik siyasti isə Qərbi Zəngəzurun Azərbaycandan alınması və Ermənistana verilməsi oldu.

Əsl müstəqillik, müstəqil siyasət yürütməkdir. Torpaqlarımızda əsl müstəqillik həyatımız 1993-cu ildən xalqın Ulu Öndəri hakimiyyətə dəvət etməsindən başlayıb. Bu il dünya miqyasında ən sürətlə inkişaf edən ölkələrdən biri olan Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir. Biz tam müstəqil dövlət olaraq heç bir yardıma və kreditə ehtiyacımız yoxdur. Bugün Beynəlxalq hüquq deyil, güc ön planda olduğundan biz müntəzəm olaraq hərbi gücü artırır, yeni texnika alır, yeni silahlı qüvvələr yaradırıq. Dünya bizim sabitlik və təhlükəsizlik diyarı olduğumuzu görür və bilir. Erməni işğalına son qoymağımız isə müstəqilliyimizin sübutudur. Müzəffər xalq kimi yaşayan Azərbaycan xalqı həm ərazi bütövlüyümüzü həm ədaləti həm də ləyaqətimizi bərpa etdi.

Xalqımızın gücünü və mənəviyyatını göstərən 44 günlük Vətən müharibəsindən sonra, biz ermənilərdən fərqli olaraq  dinc əhaliyə qarşı etnik təmizləmə aparamışıq və şəhər-kəndləri yerlə yeksan etməmişik. Bu gün Ermənistanla sərhədlərimizin müəyyən olunması Ermənistanın Azərbaycana qarşı irəli sürülən ərazi iddialarına son qoyulması deməkdir. Qarabağın Azərbaycan diyarı olmasına bütün dünya qəbul edir.

Önəmli məsələlərdən biri olan Zəngəzur dəhlizinin açılmasına Ermənistan hər zaman maneçilik törədsə də Brüssel görüşü həm dəmir yolu həm də avtomobil yolunu Mehridən, Zəngəzurdan keçməsini rəsmi açıqlamışdır. Azərbaycan tərəfindən irəli sürülmüş beş prinsip sülh müqaviləsini Ermənistan rəhbərliyi qəbul edib. Böyük qayıdış prosesi başladığından bərpa quruculuq işləri sürətlə davam edir və birinci pilot layihə məhz Zəngilanda Ağalı kəndində icra olunur.1 il bunnan əvvəl inşaat işləri başlanılıb və 200 evdən ibarət gözəl kənd salınıb. Bununla belə kəndin genişləndirilməsi, əlavə 150 evin inşa edilməsi, 2 mərtəbəli, 3 mərtəbəli mənzil tipli evlərin inşaası nəzərdə tutulub.Bu onu göstərir ki, işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələr dayanmadan davam edir, avtomobil yolları, dəmir yolları çəkilir. Zəngilanda hava limanı tikilir və bu il istifadəyə veriləcək.İlk məhsulunun bu il götürüləcəyi ilk böyük aqropark salınır.

Gənclərin öz dədə baba yurduna qayıtmağı üçün şərait olmalıdır.  1-ci mərhələdə hər rayonda bir çox kəndlər seçilərək işlər aparılacaq. İnsanlar ora qayıtdıqdan sonra bütün qalan yerlər də bərpa olunacaq.Torpaqlarımız uğruna öz canından keçən 3 minə yaxın şəhidimizin xatirəsi daim qəlbimizdə yaşayacaq. Cənab İlham Əliyev öz çıxışında bunu da qeyd etmişdir ki, minatəmizləmə işi hələ də davam edir, buna görə də insanlar yalnız minalardan təmizlənmiş ərazilərə gedə bilər.