Prezidentin müsahibəsi bir çox məsələlərə işıq saldı

Dünyada baş verən hadisələr bir daha sübut edir ki, yalnız milli maraqları qoruyan liderlər öz ölkəsinin təhlükəsizliyini və onun inkişafını yüksək səviyyədə təmin edə bilirlər. Siyasi liderlərin uzaqgörənliyi, peşəkar diplomatik bacarıqları sayəsində ölkələrdə dövlət-xalq birliyinə, sabitlik və inkişafa nail olmaq mümkündür. Buna istinadən Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi müsahibə düşündürücü olmaqla bərabər bir çox məsələlərə işıq saldı.
2024-cü ilin dekabr ayının 25-də baş verən təyyarə qəzası çox ağır, faciəli hadisə oldu. Belə ki, hadisə nəticəsində 38 nəfər həlak olmuşdur. “Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi qəzaya uğramasına ilk operativ reaksiya Prezident İlham Əliyev tərəfindən gəldi. Ölkə başçımız dərhal MDB Zirvə görüşündə iştirak etmək üçün Rusiyaya etdiyi səfəri yarımçıq qoyayaq Azərbaycana geri döndü. Dövlət başçısının göstərişi ilə Dövlət Komissiyası yaradıldı, nümayəndə heyəti Aktau şəhərinə ezam edildi, həkimlərimiz Qazaxıstana yola salındı və Baş Prokurorluqda cinayət işi açıldı.
Dövlətimizin başçısı müsahibəsində Rusiyaya qarşı dörd tələb irəli sürdü. Rusiya səhvini etiraf etməli, üzr istəməli, kompensasiya ödəməli və günahkarları cəzalandırmalıdir. Rusiya Prezidenti Vladimir Putinin dövlət başçımız İlham Əliyevə telefon zəngi edərək üzrxahlıq etdi. Azərbaycan Prezidentinin məlum çıxışı bütün vətəndaşlarımız, xarici ölkələrin liderləri tərəfindən yüksək qiymətləndirildi. Cənab Prezident İlham Əliyevin ədalətli, çıxışı hər zamankı kimi, Azərbaycan xalqına böyük təsəlli oldu. Faciə ilə bağlı ölkəmizdə matəm elan olundu. Dövlət başçısının ekipaj heyətinin faciəli şəkildə həyatlarını itirən 3 üzvünə ölümlərindən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı, sağ qalan iki ekipaj üzvünü isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif etmişdir.
Qazaxıstanda "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğramasını araşdıran hökumət komissiyası təhqiqatın ilkin nəticələri yanvarın sonunda açıqlanacaq. Qazaxıstan dövləti bu hadisədə də həmrəylik nümayiş etdirərək dövlətinizin yanında oldu. Eləcə də AZAL-a məxsus təyyarənin Rusiya tərəfindən vurulması faktı dövlət başçımız tərəfindən açıq şəkildə ifadə edilib və bu istiqamətdə Rusiya qarşısında qoyulmuş tələblər də konkret şəkildə bildirilib. Belə ki, Rusiya tərəfindən təyyarənin qəsdən vurulmasa da günahkarlar mütləq cəzalandırılmalıdır. Həmçinin həyatını itirmiş ekipaj üzvlərinin və sərnişinlərin ailələrinə, xəsarət alanlara təzminat ödənilməlidir.
Cənab prezident İlham Əliyevin qətiyyətli mövqeyi təyyarə qəzasında dövlətinin, millətinin necə qorumasının baris nümunələrindəndir. Bütün dünyada dövlət rəsmiləri çox gözəl bilirlər ki, Azərbaycanın haqq mübarizəsində milli maraqlarımızı və təhlükəsiziyimizi hədəf alan heç bir addım cavabsız qalmayacaq.
Sonda əlavə etmək istəyirəm ki, təyyarə qəzası Azərbaycan xalqının nə qədər böyük, dövlət başçısının nə qədər cəsarətli, milli iradəli olduğunu dünyaya nümayiş etdirdi: “Biz bir dövlət, cəmiyyət olaraq bu faciə qarşısında özümüzü olduqca ləyaqətli, təmkinli və cəsarətli apardıq”.