Prezident Xəzər dənizinin hüquqi statusuna mühum fikirlər söyləmişdir
Könül Hümbətova
16 saylı Uşaq Poliknikasının baş həkimi
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
İllər öncə Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə görüşü keçirilmişdir. Sammitn yekununda Xəzərin hüquqi statusuna dair Konvensiya imzalanıb. Görüşdə beş ölkənin - Rusiya, Azərbaycan, Iran, Qazaxıstan və Türkmənistanın liderlərinin iştirak edib. Hələ o zamanlar Sammitin yekununda əməkdaşlığın gələcək inkişafı ilə bağlı "beşlik"in razılaşdırılmış mövqeləri əks olunub. Sənəddə qeyd olunub ki, Xəzəryanı dövlətlərin hökumətləri tərəfindən ticari-iqtisadi əməkdaşlıq, nəqliyyat, energetika, innovasiya, turizm, informasiya və başqa sferalarda əlaqələrin gücləndirilməsinə dair razılaşmalar böyük məmnunluq doğurub. Saziş, Xəzəryanı dövlətlərin hökumətləri arasındakı nəqliyyat sahəsinin inkişafına və dənizində insidentlərin qarşısının alınmasına bilavasitə təsir edəcək. "Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir.
29 İyunun 2022-ci ildə Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında Prezident cənab İlham Əliyev də iştirak edib. Əlbəttə, görüş iştirakçılarına Prezdentin mövqeyi çox maraqlı idi. Ölkə Başçısı Zirvə Toplantısı çərçivəsində çıxışında bir çox önəmli məqamlara diqqət çəkib. Dövlətimizin başçısı Toplantıda qəbul ediləcək qərarların da Xəzərin potensialını tam reallaşdırmağa, onu sülh, təhlükəsizlik, əməkdaşlıq və ekoloji cəhətdən təmiz zona kimi qoruyub saxlamağa imkan verəcəyinə əminliyini ifadə edib. Xəzər dənizin strateji əhəmiyyətini xüsusilə vurğulayan dövlət başçısı bildirib ki, Xəzər dənizi region xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir.
Möhtərəm Prezident Xəzər dənizinin hüquqi statusuna mühum fikirlər söyləmişdir. 2018-ci ildə Aktauda imzalanmış Konvensiyanın tarixi əhəmiyyət kəsb etdiyini bir daha vurğulayaraq ifadə edib ki, çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacağını qeyd edib.
Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir. - Azərbaycan Prezidenti İlham Əliyev iyunun 29-da Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı bildirib. Prezidetn çıxışı zamanı söyləyib ki, Xəzər dənizi regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Həmçinin qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır.
Prezident İlham Əliyev Zirvə Görüşündə çıxışında onuda bildirdi ki, Azərbaycan etibarlı tranzit ölkəsi olaraq türkdilli ölkələrin dünya bazarlarına çıxışı üçün səylərini davam etdirir: 2018-ci ildə türkdilli ölkələrdən 8 milyon ton yük Azərbaycan vasitəsi ilə daşınıb. Bu enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyətin təzahürüdür. Azərbaycan bu sahədə də öz imkanlarını təqdim edir. Mərkəzi Asiyadan olan tərəfdaşlarımızın enerji resurslarının bir hissəsi Azərbaycan vasitəsi ilə dünya bazarlarına nəql edilir.
Son dövrlər fəallaşan Türk Şurasının fəaliyyətindən danışarkən bu təşkilatın Azərbaycanın ən ağırılı problemi olan Dağlıq Qarabağ münasişəsinə münasibətini diqqətdən kənarda saxlamaq olmazdı. Prezdient İlham Əliyevin Zirvə Görüşündə də dediyi kimi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşlərinin bütün yekun bəyanatlarında dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək davamlı ifadə olunub. Bu o deməkdir ki, Türk Şurasının üzvləri Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə daim dəstək verir. Bu isə ölkəmiz üçün çox mühüm amildir. Azərbaycan dövlət başçısı məhz buna görə Türk Şurasındakı tərəfdaşlara münnətdarlığını bildirib.