Prezident Pezeşkianın Azərbaycana rəsmi səfəri münasibətlərdə yeni səhifə açmışdır

Prezident Pezeşkianın Azərbaycana rəsmi səfəri münasibətlərdə yeni səhifə açmışdır

Svetlana Hənifəyeva 

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayon 311 saylı uşaq bağçasının müdiri

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında əməkdaşlığın inkişaf dinamikası 2025-ci il aprelin 2-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri çərçivəsində ölkə başçıları arasında keçirilmiş görüşlər Azərbaycan-İran münasibətlərində yeni mərhələnin əsasını qoydu. Prezident İlham Əliyev və Prezident Məsud Pezeşkian mətbuata verdikləri birgə bəyanatda xalqlarımızın əsrlər boyu mehriban və qardaşlıq şəraitində yaşadıqlarını vurğuladılar.

Bu tarixi bağlılıq bu gün də siyasi, iqtisadi və mədəni əməkdaşlıqla davam etdirilir. Səfər çərçivəsində tərəflər arasında bir sıra mühüm sənədlər imzalanmışdır. Onlardan biri “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İran İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında 2025–2027-ci illər üçün Siyasi Məsləhətləşmələr Proqramı”dır. Digər bir sənəd isə media sahəsində əməkdaşlığı nəzərdə tutan “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında Anlaşma Memorandumu” olmuşdur.

İki ölkə arasında diplomatik münasibətlər 12 mart 1992-ci ildə qurulmuşdur. İran Azərbaycanın müstəqilliyini 1991-ci ilin 25 dekabrında tanımış və bu münasibətlərin əsasını qoymuşdur. Bu gün Azərbaycan və İran arasında qarşılıqlı fəaliyyət Tehran və Bakı şəhərlərindəki səfirliklərlə, eləcə də Təbriz və Naxçıvandakı baş konsulluqlarla möhkəmləndirilir. İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusi əhəmiyyət daşıyır.

2005-ci ildən bu günədək Prezident İlham Əliyev İrana dəfələrlə səfər etmiş, eyni zamanda müxtəlif beynəlxalq tədbirlər çərçivəsində İran Prezidentləri ilə görüşlər keçirmişdir. 2024-cü ilin 19 mayında Azərbaycanla İran sərhədində baş tutan görüş də bu baxımdan əlamətdar olmuşdur. Eyni zamanda 2025-ci il aprelin 28-də Prezident Pezeşkianın Azərbaycana rəsmi səfəri münasibətlərdə yeni səhifə açmışdır.

Bu gün xarici işlər nazirləri səviyyəsində də sıx təmaslar davam edir. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian müxtəlif beynəlxalq tədbirlər və ikitərəfli görüşlər çərçivəsində mütəmadi əlaqə saxlayırlar. Bu görüşlər 2022, 2023 və 2024-cü illərdə Nyu-York, Tehran, Ciddə və Daşkənd kimi şəhərlərdə baş tutmuşdur. Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə Dövlət Komissiyası 1992-ci ildən fəaliyyət göstərir.

Komissiyanın sonuncu iclası 2022-ci ilin martında Bakı şəhərində keçirilmişdir. Tərəflər arasında nəqliyyat, şəhərsalma, mədəniyyət və dənizçilik sahələrində də əməkdaşlıq sənədləri imzalanmışdır. Xüsusilə “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya” üzrə qarşılıqlı sertifikatların tanınması bu sahədə irəliyə doğru mühüm addım olmuşdur.

Mədəni sahədə isə “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında 2025–2028-ci illər üzrə Mədəni Mübadilə Proqramı” iki ölkə arasında tarixi-mədəni əlaqələrin inkişafına xidmət edir. Azərbaycanla İran arasında əməkdaşlıq təkcə ikitərəfli formatda deyil, eyni zamanda regional və beynəlxalq təşkilatlar – İƏT, Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və “3+3” regional məşvərət mexanizmi çərçivəsində də davam etdirilir.

Bu, bir daha göstərir ki, hər iki ölkə regionda sülh, əməkdaşlıq və inkişaf üçün mühüm tərəfdaşdır. Əminliklə demək olar ki, Prezident Məsud Pezeşkianın 2025-ci ildə Azərbaycana səfəri iki ölkə arasında yüksələn xətlə inkişaf edən münasibətlərin davamına güclü təkan vermişdir.