Ülkər Əliyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu 323 saylı körpələr evi və uşaq bağçasının tərbiyəçisi
İndi dünya miqyasında bir çox yerdə iqtisadi böhranın, siyasi böhranın, hərbi böhranın hökm sürdüyü bir vaxtda Azərbaycan onsuz da rekord həddə olan dövlət büdcəsini daha da artırır və bizim büdcə xərclərimiz ən azı 36 milyard manata çatacaqdır. Qarabağda və Şərqi Zəngəzurda gedən işlərlə bağlı müntəzəm olaraq ictimaiyyətə məlumat verilir. İnfrastruktur layihələrinin icrası, dəmir yolları, avtomobil yolları, elektrik enerjisi ilə bağlı olan təchizat, su təchizatı, meliorativ tədbirlərlə bağlı olan bütün layihələr plan üzrə gedir. İki hava limanı artıq fəaliyyətdədir, üçüncü hava limanının inşası davam edir.
Keçmiş köçkünlər bu ilin yay aylarında Laçın şəhərinə qayıdacaqlar. Beləliklə 700 dən çox ailə bu ilin yay aylarında Laçın şəhərinə yerləşdiriləcəkdir. İşğaldan azad olunmuş ərazilərin bərpası sürətlə davam edir. Otuz il ərzində Ermənistan işğal etdiyi torpaqları viran qoyub, daş- daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla məşğul olub, barbarlıqla məşğul olub . Biz isə bu torpağın sahibləri gəlmişik ki, qurub yaradaq . Ona görə də müharibə başa çatan kimi dərhal işə start verilib.
Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir. Dövlət başçısı İlham Əliyevin dəfələrlə vurğuladığı kimi Azərbaycanın hazırki uğurlarının əsasında həm də ümummilli lider Heydər Əliyevin hələ respublikaya rəhbərliyinin birinci dövründə formalaşdırdığı möhkəm iqtisadi potensial dayanır.
Bütövlükdə ölkədə ümumi daxili məhsulun artımı, iqtisadiyyatda sahibkarlar sinfinin mövqelərinin əsaslı şəkildə güclənməsi, beynəlxalq iqtisadi təsərrüfat sisteminə uğurlu transformasiya böyük nəticələrə gətirib çıxarmışdır. Paytaxtla yanaşı respublikanın bölgələrinində dinamik inkişafı ölkə rəhbərliyinin apardığı iqtisadi siyasətə alternativin olmadığını bir daha təsdiqləyir.