Prezident cənab İlham Əliyevə olan ehtiram və etimad Azərbaycanın artan nüfuzunun bariz nümunəsidir
Bəhlul Məmmədov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
12 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi
Azərbaycan dövlətçiliyinin qurucusu və baş memarı Heydər Əliyevin strateji kursunun ən layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev ata vəsiyyətini ləyaqətlə yerinə yetirib, 44 günə möhtəşəm Qarabağ Zəfərinə imza atdıqdan sonra, artıq ölkəmiz tarixi bir mərhələni həll etmək üzrədir. Şübhəsiz ki, bu amil Azərbaycan Prezidentinin bütün dünyada nüfuzunun artmasına əsaslı zəmin yaradır. Beynəlxalq Çernobbio Forumunda “The European House-Ambrosetti” beyin mərkəzinin dəvəti ilə iştirakı zamanı, Forumun plenar iclasında mötəbər qonaq kimi çıxışı, İtaliyanın “İl Sole 24 Ore” qəzetinin müxbiri Roberto Boncorniyə müsahibəsi və Avropanın müxtəlif informasiya agentliklərinə verdiyi müsahibələr zamanı Prezident cənab İlham Əliyevə olan ehtiram və etimad Azərbaycanın artan nüfuzunun bariz nümunəsidir.
Azərbaycan Prezidenti çıxışı zamanı ilk olaraq Azərbaycan-İtaliya münasibələrinə toxunaraq bildirmişdir ki, ölkəmiz bir sıra Avropa olkələrini, xüsusən İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir.
Sonuncu dəfə 2020-ci ildə İtaliyada dövlət səfərində olduğunu və İtaliya Baş nazirinin 4 il öncə Azərbaycanda rəsmi səfərdə olduğunu və bu yeni səfər zamanı İtaliyanın prezidenti və baş naziri ilə görüşlərini diqqətə çatdıran dövlətimizin başçısı İtaliya-Azərbyacan arasındakı siyasi dialoqa toxunaraq bildirdi ki, İtaliya və Azərbaycan arasındakı tərəfdaşlıq təkcə enerji və iqtisadi inkişaf məsələləri haqqında deyil, eyni zamanda təhsil də burada önəmli yer tutur. Bu mənada yeni təməli qoyulmuş Azərbaycan-İtaliya Universiteti xüsusi önəm daşıyır.
Prezident İlham Əliyev diqqəti müstəqilliyimizin ilk illərinə yönəltdi. 1994-cü ildə müstəqilliyimizin bərpasından sadəcə 3 il keçdikdən sonra ilkin mərhələdə biz dünyanın aparıcı enerji şirkətkərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə olduq. “Əsrin müqaviləsi”nin imzalanmasını qürur hissi ilə qeyd edən Cənab Prezident Azərbaycanın uzun illərdir ki, İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkə olduğunu qeyd etdi.
Enerji strategiyasının ikinci mərhələsi olan nəhəng qaz yataqlarının istismarından bəhs edən Prezident İlham Əliyev təsdiq edilmiş ehtiyatlarımız ilə bağlı məlumata əsasən bizim ehtiyatımızın 2,6 trilyon kubmetrə bərabər olduğunu qeyd etdi. Biz bir ölkə və investor olaraq boynumuza böyük məsuliyyətlər götürməyə hər zaman hazırıq, lakin burada komandamızın digər üzvlərinin də iştirakızəruridir. Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropa ölkələri tərəfindən artan enerji tələbatını nəzərə alaraq, neft və qaz hasilatını iki dəfə artırmağın vacıbliyini diqqətə çatdıran prezidentimiz qeyd etdi ki, Vətən müharibəsində azad etdiyimiz torpaqlarda-Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 19 qiqavatdan çoxdur. Bu sözləri xüsusi qürurla, fəxarət hissi ilə qeyd edən Prezident İlham Əliyev Beynəlxalq hüquq normalarının tamamilə pozulduğunu faktlarla diqqətə çatdırdı.
İlham Əliyev BMT-nin qətnamələrinin yerinə yetirilmədiyi, 30 il dünyanın susduğu ədalətsizliyə xalqımızın iradəsi ilə son qoyaraq, müqəddəs Qarabağımızı azad etməyimizi haqq-ədalətin bərpası adlandırdı.
Prezident dünyanın fevraldan əvvəlki vəziyyətdə olmayacağını diqqətə çatdırıb, müstəqil ölkə kimi müstəqil siyasət yeritməklə, bütün qonşularla bərabər tərəfdaşlıq, milli maraqlarımızın qorunması zəminində siyasətimizi quracağımızı əminliklə vurğuladı və qalib ölkənin qalib prezidenti kimi, alqışlarla qarşılandı.