Abdulla Məmmədov
Suraxanı Rayonu, Zığ bələdiyyəsinin sədri
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə iştirak etmək üçün “Müstəqillik” Sarayına gəlib. Prezident İlham Əliyevin Astanaya Səfəri, Şanxay Əməkdaşlıq təşkilatının Zirvə toplantısı çərçivəsində dünya liderləri ilə ikitərəfli və çoxtərəfli görüşləri Azərbaycanın regional və qlobal prosseslərdə mühüm rolunu bir daha nümayiş etdirdi. Azərbaycanın bu tədbirdə iştirakı Mərkəzi Asiya və Şərqi Asiya ölkələri ilə münasibətinin inkişafına və beynəlxalq aləmdə mövqeyimizin möhkəmlənməsinə xidmət edir.
“ŞƏT plyus” formatında ticarət yollarının genişləndirilməsi və qarşılıqlı investisiya imkanları ilə bağlı müzakirələr də aparılıb. Azərbaycanın strateji mövqeyi, Orta Dəhliz istiqamətində mühüm rolu birdaha vurğulanıb, Şərqi Asiya ilə Avropanı birləşdirən ticarət yolundan istifadəyə maraq daha da artıb.
Prezident İlham Əliyev çıxışı zamanı Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında Azərbaycanın rolunu vurğuladı. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib.Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb.Bundan başqa, Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir.
Görüş zamanı enerji infrastrukturunun genişləndirilməsi və enerji təchizatı yollarının şaxələndirilməsi ilə bağlı müzakirələr aparılıb ki, bu da regional enerji təhlükəsizliyi və iqtisadi sabitlik üçün vacibdir. Bildiyimiz kimi Azərbaycan bu il dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi edəcək. COP29 BMT səviyyəsində ölkədə siyasi və iqtisadi sabitliyin tanınmasından xəbər verir, beynəlxalq arenada ölkəmizin nüfuzunun daha da güclənməsinə müsbət təsir edir. Prezident İlham Əliyev bu ilin noyabrında Bakıda keçiriləcək COP29-un əhəmiyyətini vurğulayaraq COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq-deyə çıxışında qeyd edib.