Əlixan Əliyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı RİHB-nın Əmircan QİƏD üzrə nümayəndəsi
Azərbaycan-Pakistan dostluğunun, qardaşlığının kökləri ötən əsrlərə gedib çıxır, Hal-hazırda iki ölkə arasında mövcud münasibətlər yüksək səviyyədə olduğundan, hər iki dövlətin liderləri tərəfindən bu nəhəng potensial onların rifahı naminə əməkdaşlığa yönəldilir. Şərqlə Qərbin birləşdiyi və Avropaya qapı açan, Cənubi Qafqazın inkişaf edən iqtisadi gücü olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Pakistana səfəri çox mühüm əhəmiyyət kəsb edir, ikitərəfli əməkdaşlıqda yeni səhifələr açır. Gələcəkdə iqtisadiyyat, ticarət və sərmayələr sahələrində güclü əlaqələr qurulacaq, qarşılıqlı ticarətin həcmi artırılacaq.
Azərbaycan və Pakistan arasında əlaqələr sürətlə inkişaf edir. Qeyd etmək lazımdır ki, hər iki dövlət bütün istiqamətlər üzrə, o cümlədən energetika, infrastruktur, nəqliyyat daşımaları, sənaye, ticarət, müdafiə və bir sıra digər sahələrində daha sıx, inamlı və səmimi əməkdaşlıq edir. İki xalq arasında qarşılıqlı sevgi və qardaşlıq hissləri daim mövcud olub. İslamabadın Qarabağ məsələsində Bakıya, Azərbaycan isə öz növbəsində Kəşmir probleminin nizamlanmasında güclü dəstəyini qeyd etmək lazımdır.
Azərbaycan və Pakistan xalqları çətin zamanlarda həmişə bir-birinin yanında olmuş, torpaqlarımızın otuz il ərzində işğal altında olduğu dövrdə Pakistanın ölkəmizə siyasi dəstəyi, Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etməsi, beynəlxalq hüququn prinsiplərini rəhbər tutması yüksək qiymətləndirilmişdir. 2020-ci ildə Vətən müharibəsi zamanı İslamabad öz bəyanatları ilə Azərbaycana açıq şəkildə siyasi dəstək vermişdir.
Pakistan həmişə Azərbaycanın yanında olub, ərazi bütövlüyünü tanıyıb ölkəmizlə bütün sahələrdə əməkdaşlıq edib. Bu dostluq təkcə rəsmi səviyyədə deyil, xalqlar arasında da mövcuddur. Prezident İlham Əliyevin Pakistana son səfəri ölkələr arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından da tarixi əhəmiyyət daşıyır.