Novruz bayramı xalqımızın təbiətin ilahi nizamına ehtiramın aydın ifadəsidir

Novruz bayramı xalqımızın təbiətin ilahi nizamına ehtiramın aydın ifadəsidir

Vaqif Qurbanov

YAP Suraxanı rayon təşkilatının fəalı

Xalqları tarixdə yaşadan və formalaşdıran əsas əlamətlərdən biri də onların milli mədəniyyətləridir. Adət - ənənlər, dini inanc və mərasimlər, bayramlar milli mədənəniyyətin əsasını təşkil edir. Milli mədəniyyəti zəngin olan bir xalq daima tarixin hər səhifəsində özünə xas olan mədəniyyəti qoruyub saxlamışdır. Novruz bayramı qədim türk tayfaları tərəfindən “Ərgənəkondan çıxış”, və  “Milli oyanış” bayramı kimi qeyd olunmuşdur. Xalqımız  zəngin milli mədəniyyətə malik olan xalqlardan biridir. Milli mədəniyyətimizin , milli irsimizin qorunub saxlanılması daima ölkə rəhbərliyinin diqqət mərkəzində olmuşdur. Belə ki, ölkəmizin hər diyarında abidələr qorunub  saxlanılmışdır.

Xalqımızın bu günə qədər yaşatdığı bayramlardan biri də ana təbiətin oyanışı ilə əlaqədar olan Novruz bayramıdır. Novruz bayramı bir çox dünya xalqları tərəfindən qeyd olunur. Ölkəmizdə Novruz bayramı 21 mart 1991-ci ildən etibarən milli bayram olaraq qeyd olunur.  Novruz bayramı əsasən 4 çərşənbə; su çərşənbəsi, od çərşənbəsi, yel çərşənbəsi və torpağın oyanışı ilə əlaqədar olan torpa çərşənbəsindən ibarətdir. Hər çərşənbə təbiətin bir ünsürünün oyanışı ilə əlaqədardır. Su çərşənbəsində əsasən qışda yağmış qarların  yavaş-yavaş əriməsi, çayların donunun açılması ilə torpaq oyanmağa başlayır. Hər il mart ayında Novruz bayramı ərəfəsində Azərbaycan taxıl buğdasından cücərdilən səməni Novruzun elementidir. Səməni ilk çərşənbədən əvvəl cücərdilməyə başlayır.

Od çərşənbəsində  günəş yavaş yavaş torpağı qızdırır. Tonqallar qalanır, xonçalar hazırlanır şənliklərlərdə tonqalların üzərindən ağırlığım-uğurluğum sənin, qırmızılığın (yəni sağlamlığın) mənim olsun deyərək atlayarlar. Yel çərşənbəsində artıq qışın soyuq havasının yerini yavaş-yavaş yazın mülayim havası alır. Ağaclar tumurcuqlayır.Təbiət yaşıla qərq olur, bənövşələr, nərgizlər, lalələr öz gözəllikləri ilə təbiətə rəng qatır. Torpaq çərşənbəsində isə  (İlaxır çərşənbəsi) təbiət insanlara bütün gözəllikləri ilə xidmət etməyə hazırdır. İlk  yaz əkini torpaq çərşənbəsi günündə başlayır. İlk çərşənbədən əvvəl əkilmiş səməni  Novruz bayramı vaxtı tam böyümüş olur. Novruz bayramında dadı damaqlardan getməyən xüsusi şirniyyatlar (şəkərbura, paxlava, qoğal və s.) bişirərlər. Hər bir bişirilən şirniyyat səma cisimlərinə bənzədilir. Qoğal günəşi, şəkərbura ayı, paxlava isə ulduzları tərənnüm edir.

Qapı pusmaq, papaq atmaq, yumurta döyüşdürmək, kos-kosa oyunları qədimdən bu günə qədər yaşayan Novruz bayramının gözəl adət-ənənələrindəndir. Kosa və Keçəl Novruzun əvəzolunmaz atributlarından biridir.Kosa qışı Keçəl isə yazı təmsil edir. Novruz bayramı xalqımızın təbiətin ilahi nizamına ehtiramın aydın ifadəsidir. Əcdadlarımızdan bizə miras qalan zəngin milli mədəniyətimizi qoruyub saxlamaq və yeni nəsilə təbliğ etmək hər bir azərbaycan vətəndaşının borcudur. 30 il sonra Azərbaycanın cənnət guşələrindən biri olan Qarabağımızda dahi siyasətçi, dəmir yumruqla düşmənə sarsıdıcı zərbə endirən, Ulu Öndərimiz Heydər Əliyevin siyasi davamçısı olan möhtərəm  Prezidentimiz, müzəffər cənab  Ali Baş Komandanımız İlham Əliyevin vətənpərvərliyi, uğurlu siyasəti və qətiyyətliliyi nəticəsində Qarabağ düşmən işğalından azad olundu. Bu  sevincli günü Azərbaycan xalqına yaşadan cənab Prezidentimiz var olsun.

Siz yaşayın ki, dövlətimiz çiçəklənsin, siz yaşayın ki xalqımızın üzünə açılan sabahlar sülhə, əmin- amanlığa açılsın. Bayramınız mübarək, tarixə qəhramanlıqlarıyla tarix yazan əziz Azərbaycan xalqı!