Lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş Kamal Qasımovun ailəsi ziyarət olunub
Noyabrın 30-da Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov və digər rəsmi şəxslər Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş ordumuzun hərbi qulluqçusu, 2004-cü il təvəllüdlü Qasımov Kamal Hüseyin oğlunun ailə üzvlərini ziyarət edərək açılan ehsan süfrəsində iştirak ediblər.