Litva səfərinin böyük iqtisadi və siyasi əhəmiyyəti var

Litva səfərinin böyük iqtisadi və siyasi əhəmiyyəti var

Elşad Həsənov

YAP Suraxanı rayon təşkilatının fəal üzvü, politoloq

Mayın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Litvada səfərdə oldular. Səfər çərçivəsində Azərbaycan və Litva liderləri arasında görüşlər keçirildi. Eyni zamanda, Azərbaycan Prezidenti Litvanın Baş Naziri İnqrida Şimonite ilə də görüşdü.

Görüş əsasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi, təhsil, elm və mədəniyyət sahəsində əlaqələrin qurulmasının vacibliyi vurğulandı. Azərbaycan və Litva arasında bərpa olunan enerji haqqında fikir mübadiləsi aparıldı. Bildirildi ki, həm Baltik dəniz, həm də Xəzər dənizin böyük külək enerjisi potensialı var və bundan yararlanmaq üçün tədbirlər görmək lazımdır. Azərbaycan Prezidenti görüş zamanı bildirdi ki, biz Avropanın etibarlı tərəfdaşı kimi neft, qaz və elektrik enerjisi ixrac edirik.

Ötən ilin iyulunda Avropa Komissiyası ilə Azərbaycan arasında anlaşma memorandumu imzalanıb. Avropaya təbii qaz təchizatımız 8 milyard kubmetr idi. Bu il isə 12 milyard kubmetrdir. Biz bunu 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdıracağıq.

Dövlət başçısı İlham Əliyev Litvada səfərdə olarkən biznes forumu keçirildi. Biznes forumunda həm Litva prezidenti, həm də Azərbaycan Prezidenti çıxış etdi. Azərbaycan və Litva biznesmenlərin qarşısında duran məsələləri daha geniş şəkildə izah etdilər və qarşılıqlı fəaliyyət üçün planlar təqdim edildi. Bildiyiniz kimi, Litva Avropa İttifaqının və NATO-nun üzvüdür. Biz onunla yaxın münasibətlər qurmuşuq. Litva və Azərbaycanın birgə iqtisadi kommissiyaları fəaliyyət göstərir.

Görüş işgüzar şəraitdə keçirildi və önəmli sənədlər imzalandı. Güman edirik ki, bu səfərin böyük iqtisadi və siyasi əhəmiyyəti var.